Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

 

Yazıçı-publisist, ictimai xadim, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İyunun 19-da, Masallı Gənclər Evindəki tədbirdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, qonaqlar, şair və yazıçılar, ziyalılar, təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar yubilyarın müəllifi olduğu kitablar və qəzetlərdə dərc edilən məqalələrdən ibarət sərgi ilə tanış olublar.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Sonra rayon Ağsaqqallar Şurasının sədr müavini, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehtiyev yubliyarın həyat və yaradıcılığı barədə qısa məlumat verib. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, iki şəhid anası Ziba Əsgərova, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının üzvü Əli Əlişov, Əməkdar jurnalist, yaçıçı-tərcüməçi Zakir Abbas, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli Ə.Niftiyevin özünəməxsus yaradıcılığından, rayonun ictimai-siyasi həyatında fəal iştirakından danışıb, xatirələrini bölüşərək, yubilyarı təbrik ediblər.
Çıxışlarda qeyd edilib ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı Ələşrəf Niftiyevin ömür yolu gənclərimiz üçün əsl örnəkdir. 
Bildirilib ki, Niftiyev Ələşrəf Nuru oğlu 47 ildən artıq müxtəlif vəzifələrdə çalışıb, əmək pensiyasına çıxdıqdan sonra 3 il Rayon Ağsaqqallar Şurasının sədrinin müavini olub, 2016-cı ildən bugünədək şuranın sədridir. Xidmətlərinə görə "III dərəcəli Vətənə xidmətə görə" ordeni, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, "Fəxri Ağsaqqal" döş nişanı və "Qızıl qələm", Həsən bəy Zərdabi mükafatlarına layiq görülüb. 23 kitabın, yüzlərlə məqalə, elmi-publisistik, pedaqoji və ictimai yazıların, tərcümələrin müəllifidir. 
Tədbirdə yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Sonda Ələşrəf Niftiyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin