Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

VÜSALƏ MƏMMƏDOVA: 

Müharibəyə qədər biz də uşaq olmuşuq axı

Deməli, uşaqlığımla bağlı bir video var, kadr titrəyir, xətlər kəsişir, amma xışıltısı yoxdur, çünki səsini alıram 😂
Babamgilin evinin qarşısı, iki tərtəmiz geyimli, səliqəli sarışın qızcığaz əyləşib. Elə dinməz-söyləməz dayanıb kameraya baxırlar ki, deyərsən bəs kral ailəsinin uşaqları mediaya poz verir. Amma demirsən, çünki bu vaxt başqa bir uşaq ildırım sürəti ilə kadra girir. Qara saçları dağınıq, dizləri yıxılmaqdan yaralı, qısası, bildiyiniz rəiyyət 🤣 Heç kim deməz bunlar bacıdır 😅
Qəfil dayanıb diqqətlə kameraya baxır, nə olduğunu başa düşməyib yenə hərəkətə keçir… Baxırsan ki, dünya vecinə deyil e… Rahatdır 🥰
Bir anlıq da olsun özünü kübar aparmır ki, onu skrin edib burada paylaşım, daha bu uzunluqda yazıb, sizə başağrısı verməyim… 🤦🏼‍♀️
…Bizi nə gözlədiyini bilmirik, imkan verək uşaqlar uşaqlığını doya-doya yaşasın. Qızları əkə-bükə arvad kimi böyütməyək, oğulları “sən kişisən” yarlığı ilə əzməyək. Onları özümüzün yarımçıq və ya nakam arzularımıza məhkum etməyək. 
İcazə verək, yollarını özləri müəyyən etsinlər. Sevsinlər və sevgilərinin arxasınca getsinlər. Əgər bu yolda onlara qanad ola biliriksə, nə gözəl! Yox, bacarmırıqsa, ən azından mane olmayaq 🕊️
Sevgilər! 💚

Best coffeeshop in Berlin