Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

HÜMBƏT QULİYEV: 

Əllə yemək haqqında

Nəyi necə yemək haqqında etiket qaydaları var. İctimai yerlərdə mədəni insan imicinizi qorumaq üçün bu qaydalara əməl etməyinizi məsləhət görürəm.

Eyni zamanda, elə həmən etiket qaydalarına görə, çox yeməklər və qidalar əllə yeyilə bilir.

Evdə yemək yeyəndə, bu siyahini artıra bilərsiniz. Dolmadan, kababdan tutmuş, plova kimi.

Niyə əllə?

Əllər təmas( taktil)hissin mərkəzi orqanıdır.

Araşdırmalara görə biz qidanı əlimizə götürəndə onun beyində üçölçülü görüntüsü yaranır və beyinin böyük bir hissəsi qida qəbulu prosesinə cəlb olunur. Bu səbəbdən əllə yeyən insan daha emosional olur, qida qəbuluna daha çox sevinir və yemək ona daha ləzzətli gəlir.

İnsan yeməyi əlinə götürəndə beyinə qida haqda( həmçinin temperaturu) daha çox informasiya ötürülür. Eyni zamanda beyindən mədəyə şirə ifrazı üçün siqnal göndərilir ki, bu da həzm prosesini əvvəlcədən hazırlayır.

Ən önəmlisi, əldə olan və hər orqanizm üçün özəl olan bioenerji loxmanı özəl, hər orqanizmə xas enerji ilə təmin edir ki, bu da qidanı orqanizm üçün çox faydalı edir.

Bəşəriyyətin əksər hissəsi bu üsuldan tarix boyu bəhrələnib.

Babalarımız da bu siyahidədir.

Əllə, könül xoşluğu ilə yeyin.

“Statusman”

( Hümbət Həsənoğlu)

Best coffeeshop in Berlin