YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
FAİQ BALABƏYLİ:
"...görəsən Bakı İnzibati Məhkəməsinin hakimi olubda hansı hissləri yaşamaq olar?"
Məsələn, fikirləşdim ki, görəsən Bakı İnzibati Məhkəməsinin hakimi olubda hansı hissləri yaşamaq olar? Həm də insanların əlacsız qalıb, ömrü boyu güvənilməyən məhkəməyə üz tutmasına görə peşiman olmalarını müşahidə etmək necə olur?
Əl qərəz, imkan tapıb cumdum məhkəmənin zərif məxluqlarından olan hakimi Səlma xanım Salahovanın kürsüsünə. Bu İNAMla ki, İMDAD diləyənlərin KƏRİMi xudası ola bilirəmmi? Anda olsun Ali Məhkəmənin eks kənd təsərrüfatı naziri olan yeni sədri İmdad oğlu İnamın nəyə inanırsa o inandığına, dedim məndən imdad diləyənlərə arxa olacam. Amma ola bilmədim, gördüm ki, kimsə kiril əlifbası ilə yazıb, camaata təmənnasız yardım edən, haqqın yanında duran, insanlara qəddərcasına qan uddurmayan hakimlər həkimlik olsun. Bu qarğışın qarşısında yazıq gənc və zərif, savadı haqda heç nə deyə bilməyəcəyim Səlma xanım, neynəsin? Burnunu aşağa sallamasın, məhkəmədən olunan xahişləri kənara tullamasın neynəsin? Və başa düşdüm; Qərar düzgün verilib.
1. Qanun adıyla insanlara zülm etməyənə Yezid balası kimi baxılacaq.
2. Ona görə də Bakı İnzibati Məhkəməsində inzibati qaydada Azərbyacan vətəndaşlarına zülm etmək gündəmin əsasını təşkil etsin.
3. Məhkəmə sistemi vətəndaşlarımızla Kənd Təsərrüfatının özəyini təşkil edən canlılarsayağı buynuzlaşmaq həddinə gətirilsin.
4. Bu əməllərinə görə onlara olunan təhqiredici sözlər, söyüşlər, qarğışlar məzlumların özünə qayıtsın deyə bütün eybəcər xisslətli hakimlər dillərinin altına çöp qoysunlar.


