COP-31-ə ev sahibliyi etmək üçün Antalyanın namizədliyi irəli sürülüb
Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Yardımçı Qurumlarının (SB62) 62-ci sessiyası çərçivəsində “Dayanıqlı Gələcəyin Formalaşdırılması: Türkiyənin İqlim Fəaliyyət Şəbəkəsi” adlı tədbir keçirilib.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP31-in Antalyada keçirilməsinə dəstək verməyə çağırıb.
Sonra COP31 üzrə Türkiyənin video təqdimatı nümayiş etdirilib.
Sonda Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Departamentinin rəhbəri Aysin Tutpancı COP31-in Antalyada keçirilməsi ilə bağlı təqdimatla çıxış edib.


