Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz Türkiyə turnirindən 8 medalla qayıdıblar 

Türkiyənin Kocaeli şəhərində idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Yaşar Doqu, Vehbi Əmrə və Hamlet Kaplanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. Turnirdə iştirak edən Azərbaycan komandası vətənə 8 (1-3-4) medalla qayıdıb.  

Medallara gəlincə, yeganə qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Ali Tsokayevin (86 kq) aktivinə yazılıb.  Gümüş medallar Nihad Quluzadə (60 kq), Məhəmməd Şükürov (67 kq) və Elnurə Məmmədovanın (53 kq) payına düşüb. Buruncləri isə çıxışını üçüncü yerdə bitirən Cəbrayıl Hacıyev (79 kq), Laçın Vəliyev (87 kq), Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin