Seymur Şahbazzadə:
Sosializm gələcəkdir, keçmiş deyil!
Kommunizm qurucusunun əxlaq kodeksi
1. Kommunizm işinə sədaqət, sosialist Vətəninə və sosialist ölkələrinə məhəbbət.
2. Cəmiyyətin rifahı naminə vicdanlı əmək: işləməyən – dişləməz.
3. Hər kəsin ictimai sərvətin qorunması və artırılması qayğısına qalması.
4. Yüksək ictimai borc şüuru, ictimai mənafelərin pozulmasına qarşı dözümsüzlük.
5. Kollektivçilik və qarşılıqlı yoldaşlıq köməyi: bir nəfər hamı üçün, hamı bir nəfər üçün.
6. İnsanlar arasında insani münasibətlər və qarşılıqlı hörmət: insan insanın dostu, yoldaşı və qardaşıdır.
7. İctimai və şəxsi həyatda dürüstlük və doğruculluq, mənəvi təmizlik, sadəlik və təvazökarlıq.
8. Ailədə qarşılıqlı hörmət, valideynlərin uşaqların tərbiyəsi qayğısına qalması.
9. Ədalətsizliyə, müftəxorluğa, əyriliyə, vəzifəpərəstliyə, tamahkarlığa qarşı dözümsüzlük.
10. SSRİ-nin bütün xalqlarının dostluq və qardaşlığı, milli və irqi ədavətə qarşı dözümsüzlük.
11. Kommunizmin, sülh işinin və xalqların azadlığının düşmənlərinə qarşı dözümsüzlük.
12. Bütün ölkələrin zəhmətkeşləri ilə və bütün xalqlarla qardaş həmrəyliyi.