Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi konfrans təşkil edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu müəssisənin 100 illiyinə həsr olunan “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Kitabxanadan AZpress.AZ-a bildirilib ki, konfransın işi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” istiqamətləri üzrə planlaşdırılır.

Tezislər oktyabrın 20-dək qəbul ediləcək.

Məqalələr mekkonfrans.az@gmail.com ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.

Konfrans materialları jurnal şəklində nəşr olunacaq.

Best coffeeshop in Berlin