Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Zaur Əliyev:

 Ruhun şad olsun SƏNƏTKAR...

"Sizi dünyalar qədər sevirdim" filmi ekranlara çıxan gün keçmiş Sovetlər Birliyində ən çox baxılanlardan biri oldu. Buna iki səbəb var idi:

1) Film iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun haqqında idi

2) Həzi Aslanov obrazını yaradan gənc aktyor Ramiz Novruzun peşəkar aktyorluq qabiliyyəti.

Ramiz Novruz qürurlu aktyor idi. Xalq artisti adını layiqincə daşıya bilən insan idi. Mənə görə Həsən Əbluc, Fuad Poladov və Ramiz Novruz üçlüyü son 30-40 ilin ən gözəl aktyorları idilər. Bu üçlüyü birləşdirən bir xətt var : milli kimliyi özlərində yaşadan xətt..

Üçü də bir sözləri ilə milyonlar qazana bilərdilər. Amma onlar başlarını dik tutaraq ölümü seçdilər, təmiz vicdan və adla bizi tərk etdilər

Ramiz Novruz səhnə həyatının ən çətin rolunu Həzi Aslanov obrazı ilə oynadı. General Həzi Aslanov rusca pis danışırmış. Cəbhə xəttində davranış taktikasını, özünü düşmənə bildirməmək qaydalarını izah edəndə belə deyirmiş: "Adə, mı uje zdes (biz buradayıq), a nemes, aha, uje tam, mı zdes oqon, yəni ocaq qalasaq, ottuda nemes oqon, (əlini əlinə vuraraq) nas net (biz yoxuq)". "Uje" sözünü çox işlədirmiş. "General" sözünü deyə bilmirmiş, "general" əvəzinə "gerenal" deyirmiş. Döyüş yoldaşları onu çox istəyirmişlər, cavan olmasına baxmayaraq "batya" deyə çağırırmışlar.

Məhz Batyanı canlandırmaq Ramiz Novruzun ömür dəftərinə yazıldı, filmə baxan yaxınları deyirdilər ki, Ramiz o qədər real oynayıb ki, generalın ailəsi onu öz doğmaları kimi qəbul etdilər...Necə general danışırdı, onun obrazında Ramiz Novruz eyni danışırdı...

Belə bir aktyor

Belə bir insan

Ölümü ilə ölümsüzlük qazandı.

Çox heyf ki, onu İkinci Fəxri Xiyabanda dəfn etmədilər

Çox heyf ki, onunla vida mərasimi dövlət və mədəniyyət nazirliyinin adına yaraşmadı

Çox heyf ki, onun ölümü ilə bağlı rəsmi səviyyədə nekroloq olmadı

Çox heyf ki, Ramiz Novruza bu qədər soyuq yanaşıldı.

Bu hakimiyyət, bu nazirlik və sairələr zamanla yaddan çıxacaq amma 100 illər keçəcək gələcək nəsillər Ramiz Novruzun ifasında Həzi Aslanova həsr edilən filmə baxıb deyəcəklər:

Mən sizləri dünyalar qədər sevirəm

Ruhun şad olsun Sənətkar

Best coffeeshop in Berlin