Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakı Avropa Cüdo Ümidləri Turniri bitib

Xırdalandakı Abşeron Olimpiya İdman Kompleksində 13 və 15 yaşlı cüdoçular arasında keçirilən Bakı Avropa Cüdo Ümidləri Turnirinə bu gün daha 16 çəki dərəcəsində baş tutan görüşlərlə yekun vurulub. Qeyd edək ki, turnirdə ev sahibi Azərbaycan da daxil olmaqla 12 ölkəni təmsil edən 88 klubun heyətində 436 (364 oqlan və 72 qız) cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Son günün qaliblərini təqdim edirik:

13 yaşlı oğlanlar: Mehdi Əlişov (30 kq), Ramal Məmmədov (34 kq), Yusif Səmədzadə (38 kq), Əli Qurbanlı (41 kq;

13 yaşlı qızlar: Gülay Aqayeva (32 kq), Mehparə Həsrətzadə (35 kq), Nərgiz Fərzəliyeva (40 kq),;

15 yaşlı oğlanlar: Rəhim Əliyev (55 kq), Fərhad Quliyev (60 kq), Hüseyn Hüseynov (66 kq), Mehdi Məhəmmədəli (73 kq), Arian Markovic (+73 kq, Serbiya);

15 yaşlı qızlar: Zöhrə Ağazadə (57 kq), Türkan Məmmədli (63 kq), Aidə Manaflı (70 kq) və Aisə Jestikina (+70 kq).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin