"Qarabağ" "Şkendiya" klubunun qonağıdır
Dünən futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələnin ilk oyunları keçirilib. Ölkəmizi bu möhtəşəm turnirdə təmsil edən "Qarabağ" ilk matçını səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubuna qarşı keçirib. Oyun Bakı vaxtı ilə saat 22:00-da paytax Skopye səhərindəki "Toşe Prosski" stadionunda başlayıb. Matçın taleyi Slovakiyadan olan referi İvan Krujlyaka həvalə edilib.
Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


