Lukaşenko növbəti seçkilərdə iştirak etmək niyyətində deyil
Belarus prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır.
AZpress.AZ xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində bildirib.
“Xeyr, mən bunu indi planlaşdırmıram, daha planlaşdırmıram”, - deyə A.Lukaşenko bununla bağlı sualı cavablandırıb.
O, həmçinin qeyd edib ki, kiçik oğlu Nikolayı prezident postunun davamçısı kimi görmür.
O, etiraf edib ki, Belarusun növbəti prezidenti bir qədər fərqli siyasət aparacaq şəxs ola bilər. Lakin o, varisinin ölkənin təkamül inkişafını davam etdirəcəyini gözləyir.


