Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boluda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var

Türkiyənin Bolu şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.

AZpress.AZ bu barədə IHA-ya istinadla xəbər verir.

Hadisə Malatya-İstanbul istiqamətində hərəkətdə olan avtobusun eyni istiqamətdə gedən yük maşınına çırpılması ilə baş verib.

Qəza yerinə çox sayda təcili tibbi yardım, polis, jandarm və yanğınsöndürən cəlb olunub.

Bildirilib ki, avtobus sürücüsü hadisə yerində həyatını itirib, daha 10 sərnişin yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Best coffeeshop in Berlin