Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Prezident təyyarə qəzası ilə əlaqədar komissiya YARATDI - TƏRKİBİ

Prezident təyyarə qəzası ilə əlaqədar komissiya YARATDI - TƏRKİBİ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.  Komissiyanın tərkibi aşağıdakı kimidir: Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri Üzvlər: Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Ətraflı Ads by      0 Reklamınızı SmartBee ilə effektiv edin. Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.   Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməli, Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.