Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 10-u XTQ mənsubu "Bala Canavar" ləqəbi ilə tanınan şəhid Əliyev Elnur Ərəstun oğlunun doğum günü idi.Şəhidin ailəsinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəş şəhidin xatirəsinə həsr etdiyi "Bənövşə ömürlü oğul payımsan"kitabını ərsəyə gətirdi.Kitabın təqdimatı məhs şəhidin foğum günündə Göyçay rayon mədəniyyət mərkəzində keçirildikdən sonra şairə xanım şəhid Elnur Əliyevin atası Əliyev Ərəstun və anası Tahirə Əliyeva ilə birlikdə Azərbaycanın tanınmış şairlərindən Rəsul Rzanın ev muzeyini ziyarət edib və qəhrəman şəhidimizə həsr olunmuş kitabı muzeyə hədiyyə edib.Qeyd edək ki şəhid Əliyev Elnurun xatirəsinə həsr olunmuş bu kitab Rəsul Rza muzeyində yer alan ilk "Şəhid" kitabıdır.Xüsusi olaraq qeyd etmək istəyirik ki,muzeyin direktoru Solmaz xanımın qardaşıda ilk Qarabağ döyüşlərinin şəhididir.