Üç il Birinci Qarabağ müharibəsində iştirak etmiş qardaşımdan, Hacı Qasımdan soruşuram:
- Heç bircə dəfə olsun vuruşduğunu dilə gətirmirsən...
Həmişə gülümsəyir, deyir ki, torpağımın, Vətənimin uğurunda döyüşmüşəm. Bunun nəyini dilə gətirim ki?
- Nə bilim, hamı ondan istifadə edir, iş istəyir, uşaqları üçün nəsə etməyə çalışır...
Yenə halını pozmadan deyir:
- Nə bilim...Gərək deyil...
Fikirləşirəm ki, mən də hamının barəsində yazdım. Ancaq, heç qardaşımın bir dəfə də olsun adını bir yerdə çəkmədim. Bunu ona deyəndə etiraz edir, lazım deyil, deyir...