Bu gün Bakıda badminton üzrə komanda Avropa çempionatına start verilib. 12-16 fevral günlərində keçiriləcək bu mötəbər yarışda ev sahibi Azərbaycan da daxil olmaqla, 8 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan A qrupunda İngiltərə (12 fevral), İspaniya (13 fevral) və hazırkı qitə çempionu Danimarka (14 fevral) ilə birlikdə yer alıb.
B qrupunda isə Fransa, Almaniya, Çexiya və Hollandiya mübarizə aparacaq.
ABF-dan verilən məlumata görə komandanın heyətində Cahid Əlhəsənov, Məmmədəli Bayramlı, Edir Reski Dvicao, Aqil Qabilov, Ülvi Hüseynov, Əmirxanov İmanov, Rəvan Niftəliyev, Diki Dvi Pancrstu, Murad Salamzadə, Keyşa Fatima Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanayeva, Era Maftuxa, Nəzrin Mehrəlizadə, Xəcər Nuriyeva və Nigar Səmədova cəmləşib.
İNTİQAM Məmmədov