Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bizə qucaqladı o böyük şəhər,

Sığışdıq hərə bir küncə birtəhər,

Bir səmtə qaçırdıq hamı hər səhər,

O bina gözümdə olub pir indi,

O illərin acısı da şirindi.

 

Nə tapardıq, ayaqüstü yeyərdik,

Utanmadan dost paltarı geyərdik,

Təki dərsə gecikməyək, deyərdik,

Neft qoxulu yuxuları dərindi,

O illərin acısı da şirindi.

 

Görüşərdi qız axtaran baxışlar,

Xəyalları bəzəyərdi naxışlar,

Çox ürəkdə selə döndü yağışlar,

O sevgilər olub bizə sirr indi,

O illərin acısı da şirindi.

 

Rast gəlmədim bu eşqə son qoyana,

Tələbəlik illərindən doyana,

Ürək məni dartır hərdən o yana,

Yada düşür hamısı bir-bir indi,

O illərin acısı da şirindi.

Məmməd Əvəzoğlu.11.02.2025.