Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səməd Vurğuna qiymət vermək üçün həm də onun yaşadığı amansız zəmanəni dərk etmək gərəkdir!

-Bəs baş əymədiniz?

-Əymədim, bəli!

-Əyilməz vicdanın böyük heykəli…

Səməd Vurğunla Ədil İsgəndərovun maraqlı dialoqları:

Səməd Vurğun: "Əslində çoxumuz artıq güllələnmişik. Sözlə güllələnmişik. Bir-birimizi güllələmişik. Mən də güllə atmışam. Mən də yazmışam. Küncə qısnayıblar, yazmışam. Qorxumdan yazmışam. Heç kimə quyu qazmamışam, amba həmən Müşfiqə, böyük qardaş kimi elçiliyini elədiyim Müşfiqə həbsindən sonra "kontrrevolyusioner"demişəm...

Dağ boyda şairin zəiflikdə olan etirafı onsuz da dərin həyacan keçirən Ədil İsgəndərovu sarsıtdı. Vurğun köksünü ötürdü:

-Onu qurtarmaq üçün çox çalışdım.Qapılar döydüm. Bir dəfə Bağırovun kefi kök vaxtında imkan tapıb özünə də dedim. Dedim, Müşfiq lap cavandır, istedadlı şairdir, onu günahsız tutdular, bəlkə, buraxılmasına kömək edəsiniz? Hər şeyi göz altına alıb gözəl şeirlərindən bir neçə bənd də oxudum, sonra soruşdum ki, yoldaş Bağırov, burda antisovet ruhlu nə var axı? Bağırov bir az fikrə getdi, cavab verdi ki, sən məni inandırdın, bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram.Üstündən iki həftə keçməmiş Mərkəsi Komitədə Partiya yığıncağında çıxış etdiyi yerdə birdən qəzəbləndi: "Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Sən demə onların ürəyində sovet hökumətinə, sosialist quruculuğuna qarşı nifrət var." Axırda barmağını mənə tuşladı: "Вот один из них - Самед Вургун Векилов! На днях просил меня освободить ярого врага нашего народа Микаила Мушфига!" (Budur onlardan biri- Səməd Vurğun Vəkilov! Yaxın günlərdə məndən xalqımızın qatı düşməni Mikayıl Müşfiqi azad etməyi xahiş edirdi".) Mən də məcbur olub yazdım. Bax belə...

-Yazıqdır bu millət, bütün yağını sıyırıb aparsalar, ayranından nə törəyəcək? Sən bayraqdarsan. Bayraqdarın birinci vəzifəsi döyüşü udmaq yox, bayrağı xilas etməkdir.

-Ayə, elə olmağına elədi,-Vurğun başını tərpətdi,-Onu düz deyirsən. Amba gedənləri - Cavidi, Əhməd Cavadı yada salanda adam qaldığına utanır.

-Nə deyirsən, gedək öz ayağımızla qara maşına girək?

Vurğun uzun barmaqları ilə saçını geri daradı.

-"Əsrimiz nə qədər böyük olsa da, çoxları möhtacdır bir təmiz ada...Bizə yaşamaq da, ölmək də tanış..."Altı il əvvəl yazmışam. İşə bax! Bilirsən nə var, dur, dur gedək! Hətta xoşbaxt sonluq da faciəni dəyişmir...

Mənbə: Arif Əliyev "Sənət əbədidir, ömür amanat" kitabı. Bu sənədli povest böyük sənətkar Ədil İsgəndərovun tələbəsi, Teatr və kino rejissoru Rövşən Almuradlıya 1975-76-cı illərdə "Sənətkar və zaman" mövzusunda düşüncələri üstündə danışdığı xatirələr əsasında yazılıb.

Zəruri qeyd: Əlisa Nicat kimi filfilo isə cəllad Bağırovu mədh edir.

Etibar Əliyev