Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Azərbaycana təşəkkürünü bildirib.
Bu barədə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimində IJF-nin təhsil və təlim direktoru Mohamed Meridja məlumat verib.
O, federasiya rəhbəri adından bu möhtəşəm tədbirə görə Azərbaycan Cüdo Federasiyasına və turnirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Böyük Dəbilqə yalnız nüfuzlu turnir deyil, həm də komanda ruhunun, dostluğun və qlobal cüdo ictimaiyyətinin təntənəsidir.
“Bu mötəbər yarış dünyanın müxtəlif ölkələrindən olan cüdoçuları bir araya gətirərək, onların bir-biri ilə ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına şərait yaradır”, - o qeyd edib.
Xatırladaq ki, fevralın 14-dən 16-dək Milli Gimnastika Arenasında keçiriləcək “Böyük dəbilqə” turnirində 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparacaq.