Rayonun ilk heykəltaraşlarından olan Balayev İlqar Cankişi oğlu və onun 2 övladı Qasımlı kəndindəndir.
İslah Əmək Düşərgəsinin rəhbəri olmuş Kazimov Söhbət Seyfulla oğlu bu kənddəndir
Rusiya Federasiyasının Ryazan şəhərində prokuror müavini işləmiş Rufullayev Hakim Qara oğlu bu kənddəndir
Azərbaycanın ilk teleserial rejissorlarından biri olmuş Məmiyev Elçin Təvəkkül oğlu bu kənddəndir
20 yaşlı gənc tarixçi araşdırmaçı və iki kitab müəllifi – Fəyyazlı Mehdi Afiq oğlu da bu kənddəndir.
Tanınmış xeyriyyəçilər Kərbəlayı Əziz Abbas oğlu, Qulamirzəyev, Heybət Şərif oğlu Şükürov və Akif Qaraş oğlu Qarayev bu kənddəndir. .
Məlum olduğu kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqisi və tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
Bizimlə əlaqə
Zahir Əmənov (qrupun rəhbəri): - 050 322 75 23 (Həm də NAR-la)
Alizaman Baxış: - 050 427 70 25
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Güllütəpə, Köhnə Alvadı, Sığdaş, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Təzə Alvadı, Musaküçə, Bədəlan, Hişgədərə, Xıl, Viləş, Şıxlar İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Hişkədərə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
(Qalır – Masallı şəhər, Ərkivan qəsəbə və Yeddoymaq Ərazi Dairələri üsrə 2 kənd)
Yeddioymaq Ərazi Dairəsi 1-ci Yeddioymaq, 2-ci Yeddioymaq və Qasımlı kəndlərini əhatə edir
1-ci Yeddioymaq və 2-ci Yeddioymaq kəndləri haqqında məlumatlar hazırda işlənildiyindən, hələlik bu ərazidə yerləşən Qasımlı kəndi haqqında məlumatları sizə təqdim edirik.
Kəndin adı:
Qasımlı (Yeddioymaq ərazisi)
Əhalisi: 01.01.2023-cü il tarixə: 2520 nəfər;
o cümlədənkişi: 1270 nəfər; qadın: 1250 nəfər.
Ərazisi: 610 ha
Coğrafi mövqeyi: Rayon mərkəzindən şimali-şərqdə, Lənkəran ovalığında, düzənlik sahədə yerləşir.
Qasımlı kənd əhalisinin əsas məşğuliyyəti: əkinçilik və maldarlıq.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Birinci Yeddioymaq, şərqdən II Yeddioymaq, qərbdən Hüseynhacılı, cənub-şərqdən Şıxlar kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası
Nəsil, tayfa adından yaranan yer adıdır. Qasımlı kəndinin adı Şah İsmayıl nəslindən olan Qasım Mirzə Toğrul oğlunun adı ilə əlaqədardır.
Kəndin tarixi haqqında:
Qasım Mirzə Toğrul oğlunun portreti (1702-1764)
(Müəllif: Qarayev Rahib Arif oğlu)
Qasımlı kəndinin əsası Qasım Mirzə Toğrul oğlu tərəfindən qoyulmuşdur.
Qasım Mirzə Toğrul oğlu 1702-ci ildə Ərdəbildə doğulmuşdur. Torpaq haqqında olan fərmana əsasən Qasım Mirzə Toğrul oğlunun qardaşının adı Tağı Mirzə Toğrul oğlu, əmisinin adı isə Hüseynhacı olmuşdur. O, 1742-ci ildə əmisi, qardaşı və övladları ilə birgə Ərdəbil şəhərindən Qasımlı kəndinə köçərək burada məskunlaşmışdır.
Talış xanı Seyid Cəmaləddin (Qara xan) tərəfindən 1749-cu ildə Qasım Mirzə Toğrul oğluna torpaq sahəsi verilmişdir.
Qasımlı, Tağılı və Hüseynhacılı
kəndlərinin əsasını qoyan şəxslərin nəsil şəcərəsi Şah İsmayıl Səfəviyə çıxır.Qasımlı kəndinin səlahiyyətli şəxslərindən olmuş – Sultan Əhməd Yarəhməd oğlunun 1843-cü ilə dair (sənəddə kəndin adı Hüseynhacılı kimi qeyd olunmuşdur) əksini tapmış müraciətindən aydın olur ki, kəndin əsasını qoymuş Qasım, əmisi – Hüseynhacı və qardaşı – Tağı ilə birgə Ərdəbil şəhərindən köçüb, Talış xanlığı ərazisində məskunlaşmışlar.Tağıdan törəyənlər Tağılı kəndinin, Hüseyndən törəyənlər isə Hüseynhacılı kəndinin əsasını qoymuşlar. Rusiya Federasiyası Tarix Arxivində saxlanılan sənədə (fond 294, sənəd №1, səhifə 14) görə Hüseynhacı və MirzəToğrul qardaşlarının atasının adı Hacı İsmayıl Mirzə olmuşdur
Qasım Mirzə Toğrul oğlu mükəmməl dini-elmi savada malik olmuşdur. O, 1756-cı ildə kənddə mədrəsə açaraq insanları maarifləndirmiş, onlara dini və dünyəvi təhsil vermişdir. Qasım Mirzə Toğrul oğlu 1764-cü ildə Hüseynhacılı kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. 1760-cı ildən Qasımlı kəndinin adı rəsmi sənədlərdə Hüseynhacılı kəndi (Селения ГусейньАджилу) olaraq yazılmışdır. 1886-cı ildən 1921-ci ilə qədər Qasımlı kəndi ayrıca kənd olmuşdur. 1921-ci ildən Qasımlı kəndi, Yeddioymaq kənd sovetliyinin tərkibinə daxil edilmişdir.
QASIMDAN TÖRƏYƏN TAYFALAR
Qasımdan törəyən tayfalar hazırda belə adlanır: Seyidəhmədli (Məmmədrzanın nəvəsi), Yarəhmədli(Canəhmədin oğlu),Qarayusifli (onlardan Molla Əhmədlilər və Keçili tayfaları törəyib), İsmayıllı (onlardan İsmayıllılar və İbrahimlilər törəyib).
Kəndin tarixi abidələri:
Bulaq (inventar sayı 4851)
Qasımlı kənd qəbiristanlığı
Qasımlı kəndində iki qəbiristanlıq vardır. Bu qəbiristanlıqlar kəndin Yarəhmədlivə Qarayusifli məhəllələrindəyerləşir. Məhəllələrin adı ilə müvafiq olaraq Yarəhmədli vəQarayusifli qəbiristanlıqları adlanır. Yaşlı nəslin söylədiklərinə görə, kənddəqəbiristanlığın ümumi tarixi təqribən 300 ilə yaxındır. İlk olaraq Yarəhmədli,daha sonra isə Qarayusifli qəbiristanlığı yaradılmışdır. Ondan öncə kəndqəbristanlığı olmadığı üçün sakinlər ölülərini qonşu Şıxlar və Qızılağackənd qəbiristanlıqlarında dəfn etmişlər.
Dəmiryol stansiyası
Qasımlı Dəmir Yolu Stansiyası 1940-1941-ci illərdə, Bakı-Astara dəmiryolunun daxilində, Bakı-Astara dəmiryolu magistralı tikiləndən sonra yaradılmışdır. 1991-ci ildən Qasımlı dəmiryolu stansiyasının ərazisi Masallı şəhərinin ərazisinə daxil edilmişdir.
Müasir tikililər
Orta məktəb binası, poçtxana, ATS, ictimai iaşə binaları. Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə və mərasim evi.
Qasımlı məscidi(4894 inventar saylı) XIX əsr memarlıq abidəsidir.
Qasımlı kənd məscidi
“Qasımlı kəndi” I kitabında yerli sakinlərin verdiyi məlumat əsasında kənd mədrəsəsi və məscidi haqqında yazılmışdır:“Qasımlı mədrəsəsi 1800-cü ildə kəndin əsasını qoymuş Qasım Mirzə Toğrul oğlu tərəfindən tikilmişdir. Adı da Qasımın mədrəsəsi kimi tanınmışdır. O vaxta qədər kənd sakinləri qonşu Şıxlar və Qızılağac kəndlərindəki məscidlərdən istifadə edərək, ibadətlə məşğul olmuş və dini ayinləri icra etmişlər. Qasımlı mədrəsəsi 1918-ci ildə sökülmüş və yerində məscid inşa edilmişdir».
Lakin sonradan arxiv sənədləri əsasında kənd məscidi haqqında daha dəqiq və dolğun məlumat əldə etdik. Həmin sənəddə aşağıdakı məlumatlar qeyd olunmuşdur:
Lənkəran şəhəri, Şiə Ruhani Komitəsi 1865-ci il Hüseynhacılı kənd icmasının Qasımlı yaşayış məntəqəsi
Qasımlı kənd məscidi 1844-cü ildə inşa edilmiş köhnə məscidin yerində 1864-cü ildə tikilmişdir. Məscidin tikilməsində kəndlilərdən Kərbəlayi Yaqub İsmayıl oğlu və kəndxuda – Molla Eynulla İsmayıl oğlu iştirak etmişlər. Kəndxudanın köməkçiləri – Kərbəlayi Xanməmməd Yarəhməd oğlu və Fərəculla Kərbəlayi Qasım oğlu məscidin inşa edilməsində maddi yardım etmiş və torpaq sahəsi vermişlər. Bu məscid Gəyəçöl kəndinə yaxın olmuş və 1756-cı ildə kəndin əsasını qoymuş Qasım Mirzə Toğrul oğlu tərəfindən tikilmiş köhnə bir mədrəsənin yanında olmuşdur. Ancaq biz, yeni bir mədrəsə inşa etmək istəyirik. Hələ ki, Qafqaz Komitəsinin Ali Rəhbərliyindən cavab gəlməyibdir.
Mirzə Camal Tahirov
Sovet dövründə digər məscidlər kimi Qasımlı məscidi də bağlanaraq, ondan kənddəki təsərrüfatın anbarı kimi istifadə olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra məscid yenidən qapılarını dindarların üzünə açmışdır.
Bu məscid köhnə və eyni zamanda balaca olduğundan 1998-ci ildə sökülərək kənd sakinlərinin, o cümlədən xeyriyyəçilər Kərbəlayı Əziz Abbas oğlu Qulamirzəyev, Hacı Heybət Şərif oğlu Şükürov və Hacı Akif Qaraş oğlu Qarayevin vəsaiti hesabına yerində indiki məscid inşa olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Qasımlı kənd məscidi 4894 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.1998-ci ildə köhnə məscid sökülərək yerində yeni məscid tikilmişdir.
Kəndin dindarları
Molla Heydər Molla Məhəmməd oğlu – 1857-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində doğulub. Onun atası Molla Məhəmməd və babası Molla Əhməd İraqın Nəcəf şəhərində 25 il təhsil almışlar. Molla Heydər 9 yaşında Nəcəf şəhərinə getmiş, 1870-1895-ci illərdə orada təhsil almış və Qasımlı kəndinə qayıdıb mədrəsədə türk, ərəb, fars dillərindən dərs deyir. 1912-ci ildə Qasımlı kəndində vəfat edib.
Nəsirov Kamil Mustafa oğlu
1918-ci ildə Lənkəran qəzasının(indiki Masallı rayonu),Qasımlı kəndində anadan olmuşdur. Təxminən, 1928-ci ildəgözlərinə "çiçək" xəstəliyi düşmüşvə gözləri zəif görməyə başlamışdır. 1967-1968-ci illərdə Masallının Seybətin kəndində yaşayan Mirhüseyn ağadan dini təhsil almışdır. Eyni zamanda Masallıda gözdən əlil olan insanlar üçün xüsusi məktəbdətəhsil almışdır. 1992-ci ildə vəfat edib.
Alışanov Əsgər Əbdülhüseyn oğlu
1921-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində dünyaya gəlmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir. 1967-1968-ci illərdə Mirhüseyn və Mirağabaladan dini təhsil almış, Qasımlı kənd məscidində dini fəaliyyəti olmuşdur. Əsgər Alışanov eyni zamanda sovxozda briqadir, baza müdiri və sovxoz idarəsində işləmişdir. 2 fevral, 2005 ci ildə vəfat etmişdir.
Nuriyev Kərbəlayi Fərman İsa oğlu
1935-ciildəQasımlı kəndindəanadanolub.O,ilkruhanitəhsiliniMasallırayonununSeybətinkəndindəyaşayanAxundMirhüseynAxundMirdamədoğlundanalmışdır.
HakimHəsənovadınaQasımlıkəndtamortaməktəbindəvalideynkomitəsininsədri olub. Kərbəlayi Fərman dəfələrlə Məhərrəmlik mərasimlərində yığılan vəsaiti ilə Qasımlı kəndinin yollarını təmirelətdirib,imkansızşəxslərəyardımedib,Qasımlıkəndməktəbinindəhliziniözvəsaitihesabınaplitəilədöşətdirib.11 yanvar 2016-cı ildə Masallı rayonunun Qasımlı kəndindəvəfatedib.
Nuriyev Kərbəlayi Natiq Yaqub oğlu
1974-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1990-1991-ci illərdə Qasımlı kənd məktəbindən məzun olmuşdur. Dini təhsilini atası – Nuriyev Molla Yaqub İbrahim oğlundan almış, sonralar təhsilini artırmaq məqsədiləNuriyev kərbəlayi Fərman İsa oğlundan dini ehkamları öyrənmişdir. 1994-cü ildən dini fəaliyyətə başlamış, yas mərasimlərində yaxından iştirak edir, Qasımlı kənd məscidində dini işləri yerinə yetirir, elin karına gəlir. Azərbaycan türkcəsi və rus dillərini bilir. Kərbəlayi Natiq, xeyirxah və əməlisaleh insanlardan biridir.
Əzimov Kərbəlayi Elvin Kərəm oğlu
1987-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində təhsil almışdır. 2005-ci ildə İslam Universitetinin Lənkəran filialına daxil olmuş və 2006-cı ildə təhsilini İran İslam Respublikasının Qum şəhərində davam etdirmişdir. Təhsilini Qum şəhərində başa vuran Kərbəlayi Elvin Höccətül-İslam (İslam dini üzrə tətqiqatçı) dərəcəsini almışdır. Vətənimizdən uzaqda yaşamasına baxmayaraq, hər zaman xeyriyyə işlərində iştirak edir və xeyirxah əməlləri ilə kənd sakinlərinin böyük hörmətini qazanmışdır.
Məktəb
Kənddə ilk məktəbin açıldığı tarix: 1990-cı il.1993-cü ildən şəhid Həsənov Hakim Cəmiyağa oğlunun adını daşıyır.
1990-cı ildə kənd camaatının müraciəti əsasında rayon rəhbərliyinin yaxından köməyi sayəsində tikilmişdir. 1990-1995-ci illərdə məktəbə Ağayev Əmirxan Ataşoğlu, 1995-1996-cı illərdə Abdullayev Nağı Sultan oğlu,1996-2000-ciillərdəyenidənƏmirxanmüəllim,2000-2006-cı illərdə Babanlı Elşən Əlinadir oğlu, 2006-2016-cıillərdəMustafayevMuseyibQardaşxanoğlurəhbərliketmişdir.2016-cıildənməktəbəəslənMasallırayonununXılkəndindən olan– GülhəsənMəmmədovrəhbərlikedir. Məktəb 2017-ci ildə təmir edilib.
Qasımlı kəndindən 1918-1920-ci illərdəAXC üzvlərindən Azərbaycan Demokratik Respublikasının müstəqilliyi uğrunda şəhid olanlar:
1. Şahəli Cavad oğlu – (1896-1920)
2. Nuriyev Qubad Cavad oğlu – (1901-1920)
Repressiyaya məruz qalmış qasımlılar:
1.Qasımov Rzaəli Fərəculla (Fərəc) oğlu (1876-1937)– Sibirə sürgün edilib.
2.Qasımov Gəncəli Fərəculla (Fərəc) oğlu (1881-03.12.1937) – Moskva ətrafında güllələnib.
3.Cəfərov Mehdi Məmmədhəsən oğlu(1887-05.03.1937) – Güllələnib.
4.Allahverdiyev Həmzə Rüstəm oğlu (1890-1937) – Stalin repressiyasına məruz qalıb.
5.Allahverdiyev Nəriman Rüstəm oğlu (1892-1937) – Stalin repressiyasına məruz qalıb.
6.Əkbərov Ağa Alı oğlu (1892-10.01.1931) – Özbəkistanın Daşkənd şəhərinə sürgün edilib.Sonrakı dövrlərdə Sabirabad rayonunun Azadkənd kəndinə sürgün edilmişdir. Həmən kənddə dünyasını dəyişib.
7.Əliyev Mirzəhüseyn İsa oğlu (1895-1937) –repressiya edilərək güllələnib.
8.Əkbərov Qasım Alı oğlu (1898-1963) – Salyan rayonunun Kərimbəyli kəndinə sürgün olunub. 1963-cü ildə Əli Bayramlı rayonunun (Şirvan şəhəri) Azadakənd kəndində (hazırda Sabirabad rayonunun tərkibindədir) dünyasını dəyişib. Oğlu Aydın Əkbərov həmən kənddə anadan olub. Hazırda Masallı rayonunun 1-ci Yeddioymaq kəndində yaşayır.
9.Abdullayev Əbdülqasım Rəhman oğlu (1896-1937) – Sürgün olunub.
10.Qasımov Qasım Fərəculla (Fərəc) oğlu (1897-17.12.1981) – 1937-ci ilin 14 mart tarixində həbs edilmişdir. Volqolad-Privoljski məcburi əmək düşərgəsində saxlandığı müddətdə ağır işgəncələrə məruz qalmışdır. Rusiyanın Marinsk şəhərində vəfat edib.
11.Əkbərov Ataş Alı oğlu (1898-?) – Salyan rayonunun Kərimbəyli kəndinə sürgün olunub. Əli Bayramlı rayonunun (Şirvan şəhəri) Azadakənd kəndində (hazırda Sabirabad rayonunun tərkibindədir) dünyasını dəyişib.
12.Kərimov Gözəl Mütəllim oğlu (1898-1942) – Kənd soveti işləmişdir. 1937-ci ildə həbs edilmiş və 1942-ci ildə həbsxanada vəfat etmişdir.
13.Cəfərov Əliabas Məmmədhəsən oğlu (1899-1939) – 19 yanvar 1939-cu ildə güllələnib.
14.İsmayılov İsmayıl Cahangir oğlu(1899-1937) – 5 dekabr 1937-ci ildə güllələnib.
15.Nuriyev Salman Səfəralı oğlu(1900-1937) – Qazaxıstana sürgün edilib.
16.Mirzəyeva Gülsüm Fərəculla (Fərəc) qızı (1901-21.09.1937) – 18 sentyabr 1937-ci ildə həbs edilmişdir.
17.Qasımova Xeyrənisə Əli qızı (1901-10.04.1937) – 1937-ci ilin 14 mart tarixində Qazaxıstana sürgün edilib. 10 aprel, 1937-ci ildə Qazaxıstanda vəfat etmişdir.
18.Cəfərova Tutu Kərim qızı (1905-21.12.1937) – 3 noyabr, 1937-ci ildə həbs edilmiş və 1937-ci ilin 21 dekabr tarixində Qazaxıstanda vəfat etmişdir.
19.Qasımov Fərrux Fərəculla (Fərəc) oğlu (1906-1937) – 1937-ci ildə Moskva ətrafında güllələnib.
20.Eyvazov Əliağa Qulamirzə oğlu (1910-1984) – Qolçomaq olmuş, buna görə də Salyana sürgün edilmişdir. Sonrakı illərdə bəraət qazanaraq Qasımlı kəndinə gəlmişdir.
1892-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində anadan olmuş, qolçomaq damğası vurulan Əkbərov Ağa Alı oğlu 02.09.1930-cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 18.07.1990-cı il tarixli rəyinə əsasən A.Əkbərova bəraət verilmişdir.
Qasımov Qasım Fərəc oğlu
1897-ci ildə Qasımlı kəndində ruhani ailəsində anadan olub. Qasımlı mədrəsəsində dini təhsil almışdır. Ərəb və fars dillərində yazmağı və oxumağı atasından öyrənmişdir. Daha sonra, təhsilini rus-tatar (Azərbaycan) məktəbində davam etdirmişdir. O, humanitar elmlərə maraq göstərməklə yanaşı, talış, rus və fransız dillərini də öyrənmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti əsgərlərinə maddi yardım etmişdir. Qasımı əksinqilabi fəaliyyətinə (AXC əsgərlərinə maddi yardım etdiyinə və türkçülüyü təbliğ etdiyinə görə) 1937-ci ilin 14 mart tarixində həyat yoldaşı – Qasımova Xeyrənisə Əli qızı ilə bərabər həbs etmişlər. Övladları: Fərəcov Fəyyaz (Böyük Vətən müharibəsinə getmiş), Fərəcov Museyib və Fərəcov Seyfulla uşaq evinə verilmişdir. Fəyyaz Fərəcov müharibədən qayıtdıqdan sonra, qardaşlarını uşaq evindən götürmüş və özü saxlamışdır. Qasımov Qasım Volqolad-Privoljski məcburi əmək düşərgəsində saxlandığı müddətdə ağır işgəncələrə məruz qalmışdır. Əldə etdiyimiz sənədlərdən məlum olur ki, Qasımov Qasım 17 dekabr, 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir. 1989-cu ildə Qasım Fərəc oğluna bəraət verilmişdir.
Cəfərov Əliabas Məmmədhəsən oğlu
1899-cu ildə Lənkəran qəzasının Qasımlı kəndində anadan olmuşdur. Yeddioymaq kəndindəki N.Krupskaya adına kolxozun sədri vəzifəsində işləmişdir. Əldə edilən sənədlərdən məlum olur ki, Əliabas Cəfərov 19 yanvar, 1939-cu ildə əksinqilabi təbliğatına görə güllələnib.
İkinci Dünya Müharibəsində iştirak edənlər:
73 (yetmiş üç) nəfər olmuş, onlardan qayıtmayan 38 (otuz səkkiz) nəfər, qayıdanlar 35 (otuz beş)nəfər olmuşdur. Hazırda sağ qalan yoxdur.
Ağayev Teymur Əskər oğlu
1893-cü ildə Lənkəran qəzasının Qasımlı kəndində anadan olub. 1941-ci ildə Masallı Rayon Hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırılıb. Müharibədə ayağından yaralanmış və 1945-ci ildə ordu sıralarından tərxis olmuşdur. Böyük Vətən müharibəsində göstərdiyi İgidliyə görə 12.09.1944-cü ildə «Döyüş xidmətlərinə görə» medalı, 09.05.1945-ci ildə «Almaniya üzərində Qələbəyə görə» medalı, həmçinin "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı", "Əmək veteranı" medalları vədigər mükafatlarla təltif olunmuşdur. Müharibədən sonra Salyan ərazisində Gəmidə işləmişdir. 1976-cı ildə dünyasını dəyişib.
Şükürov Məmmədhüseyn Qulam oğlu
1906-cı ilin 20 yanvar tarixində Lənkəran qəzasının (indiki Masallı rayonunun) Qasımlı kəndində anadan olub. Müharibədən əvvəl doğma kəndlərində yerləşən kolxozda işləmişdir. Məmmədhüseyn Şükürov 1942-1943-cü illərdə II Dünya müharibəsində atıcı-pulemyotçu kimi vuruşmuşdur. 1943-cü ilin fevral ayında ağır yaralanaraq ordu sıralarından tərxis edilmişdir. Əvvəlcə kolxozda sonra, N.K.Krupskaya adına sovxozda yol briqadiri vəzifəsində işləmişdir. Hazırda mövcud olan Qasımlı kəndinin yolu Məmmədhüseyn kişinin başçılığı ilə çəkilmişdir. Məmmədhüseyn Şükürov SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1947-ci ildə «BVM-də Rəşadətli Əməyə görə» medalı və 1965-ci ildə «1941-1945-ci illər BVM-nin iyirmi illiyi» medalları ilə təltif olunmuşdur. O 1967-ci ilin aprel ayının 28-də vəfat etmişdir.
Orucov Poladxan Yahya oğlu
1917-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində anadan olub. Poladxan Orucov 1942-ci ilin avqust ayında Masallı rayon hərbi komissarlığı tərəfindən sovet ordusu sıralarına çağrılıb. Döyüşməyə Şimali Osetiyanın Mozdok şəhərindən başlayıb. Həmçinin Ukraynanın müxtəlif ərazilərində vuruşub. 1944-cü ildə Belarusiya ərazisində gedən qızğın döyüşlərdə sağ ayağından yaralanmış və ayağını dizdən aşağı itirmişdir. Bu vəziyyətdə Alman faşistləri tərəfindən əsir götürülür. 1945-ci ilin mart ayında Amerika əsgərləri tərəfindən əsirlikdən azad olunub. 1945-ci ilin sentyabrında evlərinə qayıtmışdır. Müharibədən sonra N.K.Krupskaya adına sovxozda briqadir işləmişdir. Həmçinin 6 noyabr, 1985-ci ildə “1-ci dərəcəli BVM ordeni”nə layiq görülmüşdür. 1986-cı ildə Dövlət tərəfindən "Zaporojets" markalı avtomobil ilə təmin olunmuşdur. 1995-ci ildə vəfat etmişdir.
Fərəcov Fəyyaz Qasım oğlu
1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının indiki (Masallı rayonunun) Qasımlı kəndində anadan olmuşdur. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən idi.
Fəyyaz Fərəcov 1941-ci ildə Masallı Rayon Hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşur.
21.06.1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə başından ağır yaralanaraq alman faşistləri tərəfindən əsir götürülür.
Əsirlikdə olarkən Stalino (indiki Donetsk) və Almaniyanın Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir.
SSRİ Hökumətinin 10 saylı Fərmanına əsasən 19 noyabr 1944-cü ildə ingilis komandanlığı tərəfindən 2909 nömrəli eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır.
21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərinə göndərilmiş və burada 1947-ci ilin aprel ayınadək işləmişdir. Daha sonra öz doğma kəndinə qayıtmış və Mirhüseyn ağadan dini təhsil alaraq məsciddə Quran dərsi verərək öz bilik və bacarığını gələcək nəsillərə öyrətmişdir.
Sovet dövründə Seyyid Mirhüseyn Ağanı gizlicə öz evində saxlayarmış.
Fəyyaz kişi həm də Qasımlı kəndinin nümunəvi ziyalılarından biri olmuşdur. Fəyyaz kişiyə hər kəs "Fəyyaz dədə" deyə müraciət edərdi. Bu hörməti o öz zəhməti və xeyirxah əməlləri ilə qazanmışdır.
“Fəyyaz dədə” Azərbaycan türkcəsilə yanaşı, həm də rus və ərəb dillərini bilirdi.
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 27.01.1957-ci il tarixli "Alman-faşist işğalçıları ilə döyüşlərdə və Böyük Vətən müharibəsi dövründə əsirlikdən qaçarkən göstərdiyi şücaətə görə keçmiş hərbi əsirlərin SSRİ-nin orden və medalları ilə təltif edilməsi haqqında" Fərmanına uyğun olaraq, Fəyyaz Fərəcov "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı və "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", eləcə də 7 may 1975-ci ildə "Böyük Vətən müharibəsində Qələbənin otuz illiyi", 23 Mart 1978-ci ildə "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi", 30 noyabr 1980-ci ildə "Əmək veteranı" medalları ilə təltif edilmişdir.
6 aprel 1985-ci ildə isə SSRİ Müdafiə Nazirliyi tərəfindən 2-ci dərəcəli BVM ordeninə layiq görülmüşdür.
Fəyyaz kişi çox zəhmətkeş və dindar adam olub. Əsirlikdə yaşadığı aylar onun həyatında əzablı izlər qoyub. Danışırmış ki, almanlar hərbi sirrləri öyrənmək üçün onlara çox əzablar verib. Həm də xatırlayırmış ki, kimlər sirrləri açıb, öz sovet ordusuna xəyanət edirmiş, onun artıq istifadəsiz kimi güllələyirmişlər. Fəyyaz kişi vətəninə, millətinə bağlı əsgərlərdən olub. Nəvələri öz qəhrəman babaları ilə qürur duyur.
Uzun sürən xəstəlikdən sonra 19 may, 1998-ci ildə Masallı rayonunun, Qasımlı kəndində vəfat edib və elə oradaca kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Alışanov Səyyad Feyzulla oğlu
13 yanvar, 1922-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonunun) Qasımlı kəndində anadan olub. Atası – Əhmədov Feyzulla Alışan oğlu (1888-1957) Qasımlı kəndinin məşhur qabal çalanlarından olub. 1942-ci ildən 1945-ci ilə qədər müharibədə olmuş, Siyasi komissar – siyasi təşkilatlanma üçün məsul olan nəzarətçi zabit vəzifəsində işləyib.28 may 1944-cü ildə Şimal-qərb və Leninqrad cəbhələrində iştirak etmişdir. 1-ci qvardiya batalyonunun komandiri Səyyad Alışanov 6 alman əsgərini şəxsən məhv etdiyinə və döyüş meydanında üç dəfə yaralandığına görə “İgidliyə görə” medalı ilə təltif olunub. Həmçinin 27 iyul 1944-cü ildə “Qırmızı Ulduz” ordeni, “1941-1945-ci illər BVM-də Almaniya üzərində qələbəyə görə” medalı və digər mükafatlara layiq görülmüşdür. 12 sentyabr, 1953-cü ilə qədər Gürcüstanın Axalkalaki şəhərində yerləşən 53-cü qvardiya atıcı diviziyasında xidmət etmişdir. 1967-ci ildə vəfat edib.
Kəndin Qarabağ müharibəsi uğrunda döyüşlərdə şəhid olmuş sakinləri barədə
Həsənov Hakim Cəmiyağa oğlu
1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusunun Qusar batolyonunda hərbi xidmətə başlamışdır. Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur. 1993-cü il aprelin 5-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərkənqəhrəmancasına şəhid olmuşdur.
Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir.
Orucov Natiq Əlyar oğlu
1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirmiş, orta təhsil aldıqdan sonra ordu sıralarına getmişdir. 1992-ci il sentyabrın 22-də Ağdərə bölgəsində, Çıldırankəndi uğrunda gedən döyüşdə, səngərdə ağır yaralanır. 1992-ci il sentyabrın 27-də şəhid olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixli qərarı ilə Natiq Əliyar oğlu Orucovun bir zaman təhsil aldığı Masallı rayonundakı 1 saylı Şıxlar kənd məktəbinə onun adı verilmişdir.
I Qarabağ Müharibəsi veteranları:
1.Heydərov Rza Sarıbala oğlu – (28.10.1969).
2.Əzizov Fərasət Fazil oğlu – (1972)
3.Rzayev Rəfail Şirindil oğlu – (02.01.1974)
Əzizov Fərasət Fazil oğlu
1972-ci ildə Azərbaycan SSR, Masallı rayonunun Qasımlı kəndində anadan olub. Füzuli və Ağdərə istiqamətlərində gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 1994-cü ilin mart ayının 6-da ağır yaralanaraq ordu sıralarından tərxis olunmuşdur. Hazırda ikinci qrup Qaradağ əlilidir.
Rzayev Rəfail Şirindil oğlu
1974-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 204 nömrəli Prişib (indiki Göytəpə) alayında (hərbi birliyində) xidmət etmişdir.Daha sonra Şişqaya yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə iştirak etmişdir. 07.10.1993-cü ildən 10.05.1994-cü ilədək Xocavənd - Beyləqan istiqamətində gedən döyüşlərdə atıcı olaraq iştirak etmişdir. 1996-cı ildə doğulduğu Masallı rayonunun Qasımlı kəndinə gəlmişdir.
2016-cı il Aprel döyüşlərində iştirak etmiş qasımlılar:
1.Heydərov Xeyrəddin Rza oğlu – (02.02.1994-cü ildə doğulub.)
2.Məmmədov İlkin Zaur oğlu – (29.11.1996-cı ildə doğulub.)
3.Nəsirov Simral Rasim oğlu – (18.05.1997-ci ildə doğulub.)
II Qarabağ müharibəsi haqqında
Qasımlı kəndindən II Qarabağ müharibəsində ümumilikdə 24 nəfər iştirak etmişdir.
Kənddə ilk tibb təhsilli:
Kərimov Abı Zalı oğlu
20 aprel 1938-ci ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1955-1960-cı illərdə Lənkəran Tibb məktəbində təhsil alıb. 1961-ci ildə Qasımlı kənd həkim məntəqəsinə müdir təyinolunurvəömrününaxırınakimioradaişləyir.2006-cı ildə vəfatetmişdir.
Alışanov Güloğlan Əsgər oğlu
12 iyun 1954-cü ildəMasallı rayonunun Qasımlı kəndində anadan olub. 1971-1978-ciillərdə N. Nərimanov adına Tibb İnstitutunda təhsil almışdır. 1979-cu ildən Yeddioymaqkəndhəkimməntəqəsininterapevtivəmüdirivəzifəsində çalışır. Kənd əməkçilərinə yaxşı xidmət göstərdiyinə görə, 1985-ci ildə "Qırmızı Aypara" respublika cəmiyyətinin Fəxrifərmanınıalmışdır.
Quliyev Əliqulu Həsən oğlu
1957-ci ilin may ayının 16-da Masallı rayonunun Qasımlı kəndində doğulub. 1977-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almışdır. 1983-cü ildə Masallı rayonunun Sanitariya-Epidemiologiyaxəstəxanasındahəkimişləməyəbaşlamışdır. 1989-cu ildə vəfat edib.
Əhmədov Kənan Sahib oğlu
31 yanvar 1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 1996-cı ildə həmən Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1997-2017-ci illərdə Silahlı Qüvvələrdə həkim kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə “Anesteziologiya və reanimasiya” ixtisası üzrə elmi tədqiqat işini uğurla müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. Hazırda, şəhər xəstəxanalarının birində intensiv terapiya, reanimasiya və anesteziologiya şöbəsinin rəhbəri vəzifəsində işləyir.
İlk müəllim
Yusifov Balamirzə Ağamirzə oğlu – (Ətraflı “İlk ali təhsilli” bölümündə)
Kəndin ilk ali təhsillisi:
Yusifov Balamirzə Ağamirzə oğlu
1922-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonunun) Qasımlı kəndində doğulub. 1939-cu ildə Qızılağac kənd məktəbini bitirib. Öncəqala kəndində müəllimlik etmişdir. O,1940-cı ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. II Dünya müharibəsində Ukraynanın, Poltava şəhərinin ərazisində, Stalinqrad uğrunda döyüşlərdə iştirak edib. 1943-cü ildə əlil kimi doğulduğu kəndə qayıtmış və 1950-1955-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində təhsil almışdır. 1988-ci ilə qədər müəllim işləyib. 6 aprel, 1985-ci ildə “I dərəcəli BVM ordeni”nə və digər mükafatlarla təltif olunmuşdur. 21 iyun 1988-ci ildə vəfat edib.
Yüksək Dövlət mükafatları, orden və medal alanlar
Balayev Əsəd Qaraş oğlu – “Qırmızı Ulduz” ordenli.
1921-ci ildə Qasımlı kəndində doğulub. 1941-ci ildə II Dünya Müharibəsinə səfərbər edilib. 29 fevral 1942-ci ildə yaralansa da, sağalıb yenidən döyüşə gedib. Krımın müdafiəsində göstərdiyi igidliyə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.30 yanvar 1944-cü ildə “İgidliyə görə” və “Döyüş xidmətlərinə görə” medallarına da layiq görülüb. Müharibədən sonra kolxozda işləyib. 6 aprel 1985-ci ildə faşizm üzərində Qələbənin 40 illiyi münasibətilə “I Dərəcəli Böyük Vətən Müharibəsi” ordeni ilə təltif olunub. 6 mart 1997-ci ildə Masallının Qasımlı kəndində vəfat etmişdir.
Ağayev Ağadədə Zayid oğlu – Əmək və müharibə veteranı
1912-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonunun) Qasımlı kəndində doğulub. Müharibədən əvvəl mühəndis kimi fəaliyyət göstərib. 1941-ci ildən hərbi xidmətə cəlb olunub. 314-cü atıcı dviziyasında Qələbəyədək vuruşub. 1945-ci ildə sol ayaq barmaqlarını itirib. Müalicədən sonra döyüşlərdə iştirakını davam etdirib. “İgidliyə görə”, “Leninqradın müdafiəsi uğrunda”, 1941-1945-ci illər “BVM-də Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Müharibədən sonra “Əməkdə fərqlənməyə görə” və “Əmək veteranı” medallarına da layiq görülüb. 1990-cı ildə Masallı rayonuQasımlıkəndindəvəfatetmişdir.
Kəndin tanınmışları
Kənddə:
Məmiyev Təvəkkül Sultan oğlu – Sovxoz direktoru və RİH-in Qasımlı ərazisi üzrə nümayəndəsi
1943-cü ildə Qasımlı kəndində doğulub.Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 1970-1982-ci illərdə Yeddioymaq kənd orta məktəbinə rəhbərlik etmişdir. 1984-cü ildə dörd kəndi –Birinci Yeddioymaq, Qasımlı, İkinci Yeddioymaq və Şıxlar kəndlərini əhatə edən N.K.Krupskaya adına tərəvəzçilik-südçülük sovxozunun direktoru təyin edilib. Rayon kooperativlər ittifaqında tədarükçü işləyib. Masallı RİH Başçısının Yeddioymaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləmişdir. 1990-cıildən Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində kimya fənnini tədris etmişdir. 16 noyabr 2002-ci ildə vəfat edib.
Şamıyev Məhəmməd Şükür oğlu – N.K.Krupskaya adına sovxozun arxiv müdiri, RİH-in Yeddioymaq ərazisi üzrə nümayəndəsi.
1944-cü ilin 20 noyabr tarixində Masallı rayonunun Qasımlı kəndində dünyaya gəlmişdir. 1967-1968-ci illərdə Gəncə şəhər birillik hesabat mühasiblər məktəbində təhsil almışdır. N.K.Krupskaya adına sovxozun arxiv müdiri vəzifəsinə təyin edilmişdir. 1973-cü ildə həmin vəzifədən azad edilərək inspektor vəzifəsinə təyin olunmuşdur. 1977-1979-cu illərdə Lənkəran sovxoz texnikomunda mühasib ixtisası üzrə tam kursu bitirib. 1975-1979-cu illərdə xalq drujinaçısı, 1980-ci illərdə Yeddioymaq kənd xalq deputatları sovetinə deputat seçilmişdir. 1990-cı ildə yeni yaradılmış "Qasımlı kənd" sovxozunda inspektor vəzifəsində çalışmışdır. Sonrakı illərdə Yeddioymaq kənd icra nümayəndəsi və bələdiyyədə çalışmışdır. 2004-cü ilin avqustun 5-də dünyasını dəyişib.
Fərəcova Ayna Firudin qızı – Deputat,Azərbaycan Kommunist Partiyasının Masallı Rayon Komitəsinin üzvü, əmək veteranı.
15 yanvar 1938-ci ildə Masallı rayonunun Şıxlar kəndində anadan olmuşdur. Şıxlar kənd 8 illik (ümumi orta), daha sonra isə Qızılağac kənd orta məktəbini bitirmişdir. Qasımlı kəndindən olan Böyük Vətən Müharibəsi iştirakçısı – Fərəcov Fəyyaz Qasım oğlu ilə ailə həyatı qurmuşdur. 1969-cu ildə Masallı rayonunun Yeddioymaq Kənd Zəhmətkeş Deputatları Sovetinə 22 nömrəli seçki dairəsindən deputat seçilmişdir. 13 may 1974-cü ildə Azərbaycan Kommunist Partiyasının Masallı Rayon Komitəsinə üzv seçilmişdir. 1988-ci ilə qədər həmən partiyanın üzvü olmuşdur. İşlədiyi dövrdə nümunəvi xidmətlərinə 1980-ci ilin 23 aprel tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Həmçinin rayonda keçirilən «Məhsul» bayramlarında qol saatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılmış, 1985-ci ildə «Əmək veteranı» medalına layiq görülmüşdür. Hazırda Ayna nənə təqaüddədir.
Kərimov Zalı Mustafa oğlu – (1898-1994) – Kolxoz sədri və briqadir işləmişdir.
Cəfərov Əliabas Məmmədhəsən oğlu – (1899-1939) – Kolxoz sədri işləmişdir.
Cəfərov Zöhrab Mirzağa oğlu – (10.01.1934-07.05.2000)– Baş mühasib işləmişdir.
Ağayev Barat Qaraş oğlu – (17.02.1937) – Briqadir və baş aqronom işləmişdir.
Cahangirov Tarverdi Bürcəli oğlu – (10.02.1938) – Həmkarlar İttifaqının sədri işləmişdir.
Əmirov Təhməz Əlibala oğlu – (1947-18.03.2019) – Sovxoz direktoru işləmişdir. Mustafayev Bəhlul Zalı oğlu – (10.11.1949) – Sovxoz direktoru və müəllim işləmişdir.
Məmmədov Hacı Əlipənah Əliş oğlu – (02.01.1952) – Sovxoz direktoru və zootexnik işləmişdir.
Balayev Rüzgar Cankişi oğlu – (12.12.1959) – Sovxoz direktoru və bələdiyyə sədri işləmişdir.
Şükürov Hacı Vüqar Heybət oğlu – (26.05.1966) – Yeddioymaq kənd ərazi vahidi üzrə nümayəndəsi işləyir.
Muxtarov Ramiz Ağalar oğlu – (20.04.1973-18.07.2021) – Mədəniyyət evinin müdiri işləyib.
Rəhimov Rasif Heybət oğlu – (27.10.1964) – 1998-ci ildən 2003-cü ilə kimi Nəqliyyat Nazirliyində, 2005-2010-cu illər Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq ərazi vahidi üzrə nümayəndəsi işləmişdir.
Rayonda tanınmışlar
Muxtarov Ağalar Nəhmət oğlu– Cins heyvan yetişdirmə kompleksinin direktoru.
1933-cü ildə Azərbaycan SSR, Masallı rayonunun Qasımlı kəndində doğulub. Ortatəhsilinibaşavurduqdansonrazonaüzrəsahəbaytar həkimi işləmişdir. Ali partiya məktəbini bitirmişdir.Daha sonra sovxozda, rayonda partiya xətti ilə rəhbər vəzifələrdə çalışmışdır. Eyni zamanda düyəyetişdirmə kompleksinin direktoru vəzifəsində çalışmışdır. 13 fevral 1990-cı ildə vəfat etmişdir.
Babanlı Elşən Əlinadir oğlu – “APD Group (Azerbaijan Professional Development Group” şirkətinin direktoru vəzifəsində çalışır.
9 oktyabr 1971-ci ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1988-1993-cü illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1995-ci ildən Qasımlı kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib. 2000-2006-cı illərdə Qasımlı kənd orta məktəbində direktor işləyib. Qasımlı kənd orta məktəbinin həyətində ucaldılan Böyük Vətən Müharibəsi və Qarabağ Şəhidlərinin xatirə abidəsinin təşəbbüskarı və layihə müəlliflərindən biri olub. 2006-cı ildən Bakı şəhərində “Kvant-EL” abituriyent hazırlığı kurslarının rəhbəri olub. 2010-2019-cu illərdə “EMBAWOOD” şirkətində işləmişdir. Hal-hazırda özünün təsis etdiyi “APD Group (Azerbaijan Professional Development Group” şirkətinin direktoru vəzifəsində işləyir.
Qarayev Bəxtim Akif oğlu – Masallı RİH aparatı Hüquq Şöbəsinin müdiri
22 noyabr 1989-cu ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Orta təhsilini Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində almışdır. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında (Regional İdarəetmə, Dövlət və Bələdiyyə İdarəetmə ixtisası üzrə) magistr təhsili almışdır. 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra «Azad sahibkar AKİF» firmasında baş hüquqşünas vəzifəsində çalışmışdır. 2015-2020-ci illərdə Masallı RİH aparatında Hüquq Şöbəsinin məsləhtçisi, 2019-cu ildən YAP Masallı rayon Təşkilatı Gənclər Birliyinin sədri vəzifəsində çalışır.
Muxtarov Balaxan Ağalar oğlu – (1960) – Masallı rayon elektrikləşdirmə idarəsində təchizat üzrə mühəndis işləyib.
Ağayev Zahir Barat oğlu – (1963) – Masallı Rayon hərbi komissarlığında işləyib.
Respublikada:
Alışanov Ayoğlan Əsgər oğlu – Bakıda Telekommunikasiya Qovşağında şöbə müdiri.
1957-ci ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1979-1984-cü illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1984-cü ildən Bakıda Elektron Hesablayıcı Maşınlar zavodunda Baş mühəndis işləyib. 1988-ci ildən Bakıda fəaliyyət göstərən Telekommunikasiya Qovşağında şöbə müdiri işləyib. Hazırda təqaüddədir.
Muxtarov Əhməd Ağabala oğlu – Respublika Həmkarlar
Komitəsində işləyir.
1963-cü ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. Bakı Dənizçilik Məktəbini, Rusiyada yerləşən Balıq Sənayesi və Təsərrüfatıİnstitutunu bitirib. 1990-cı ildən “Azərbalıq” Dövlət Konsernində şöbə rəisi işləmişdir. 1995-ci ildən Rabitə vəElektronaviqasiya İdarəsinin rəisi, 2010-cu ildən Respublika Həmkarlar Komitəsində məsul vəzifədə işləyir.
Qasımov Qasım Heydər oğlu – Azərbaycan Dəmiryolu baş idarəsinin rəisi vəzifəsində işləmişdir.
Ailmlər
1.Fərəcov Sabir Abuş oğlu–biologiya üzrə fəlsəfə doktoru.
1 iyul 1938-ci ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1963-1967-ci llərdə Gəncə DPİ-nun kimya-biologiya fakültəsində təhsil alıb. 1990-2011-ci illərdə Qasımlı kənd tam orta məktəbində müəllim işləmişdir. 2004-2017-ci illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunda elmi işlə məşğul olub. 2 iyun 2017-ci ildə disertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb. 4 kitabı - 3-ü rus dilində olmaqla nəşr olunub. AJB-nin üzvüdür. ”Əmək veteranı” medalına layiq görülüb.
2.Əhmədov Əlisahib Həsən oğlu –tibb elmləri üzrə fəlsəfə doktoru.
1943-cü ildə Masallının Qasımlı kəndində doğulub. Masallının Yolağac və Zuvand kəndlərində tibbqardaşı işləyib. 1966-1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1975-ci ilə kimi sanitariya şöbəsinin müdiri vəzifəsində işləyib. 1975-ci ildə kafedraya assistent seçilir. 1984-cü ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildən dosent vəzifəsində çalışır. 2006-ci ildən tibb universtetinin ictimai sağlamlıq fakültəsi Həmkarlar İttifaqı təşkilatının sədridir. 2010-cu ildə Həmkarlar İttifaqı Konfederasiyasının "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. İndiyədək 80-dən artıq elmi əsər nəşr etdirmişdir: 432 səhifəlik "Kütləvi tibb ensiklopediyası", 2 monoqrafiya, 1 tibbə aid izahlı lüğət, 3 dərslik, 4 metodik göstəriş və sair vardır. Hazırda Azərbaycan Dövlət Tibb Universitetetində dosent vəzifəsində çalışır.
3.Şükürov Ağahüseyn Məmmədhüseyn oğlu – Filologiya üzrə fəlsəfə doktoru.
21 dekabr 1964-cü ildə Masallının Qasımlı kəndində doğulub. 1972-1982-ci illərdə Yeddioymaq orta məktəbində təhsil alıb. Məktəbdə oxuyarkən rayonun və respublikanın bir çox mətbu orqanlarında məqalələri ilə çıxış edib. 1983-1985-ci illərdə hərbi xidmətdə olanda “Za Rodinu” qəzetində çıxış edib və burada “Gənc hərbi müxbir” qiyabi məktəbində oxumuşdur. 1985-1991-ci illərdə ADU–nun (indi BDU) jurnalistika fakültəsində oxuyub. Əmək fəaliyyətinə Masallı rayonunda çıxan “Çağırış” qəzetində başlamış, ardınca AMEA-nın “Elm” qəzetində müxbir, məsul katib, Mətbuat Xidmətinin rəhbərinin müavini, “Azərbaycan” qəzetində korrektor, məsul katibin müavini, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri və sair işlərdə çalışmışdır. “Əli Tudənin yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olmuşdur. 100-dən çox elmi və publisistik məqalənin, 1 monoqrafiyanın müəllifidir. AJB-nin üzvüdür. 2019-cu ildən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqədar mətbuat və informasiya şöbəsinin müdiri təyin olunub.
4.Şükürov Nəsib Heybət oğlu – hüquq üzrə fəlsəfə doktoru.
5 sentyabr 1974-cü ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1997-2001-ci illərdə BDU-nun hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2001-2003-cü illərdə BDU-nun hüquq fakültəsinin magistr pilləsini bitirib. 2005-ci ildən BDU-nun hüquq fakültəsinin ”Konstitusiya hüququ” kafedrasında müəllim,2016-cı ildən isə kafedranın dosentidir.
Kəndin yazarlar
1.Rzayev Rəsul Müzəffər oğlu – Masallı Rayon İcra Hakimiyyətinin orqanı olan"Yeni həyat" qəzetində baş redaktor müavini vəzifəsində işləyib.
17 may 1948-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini, Ali Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1976-cı ildən dövrü mətbuatda çalışıb. Masallı Rayon Komsomol Komitəsində işləyib. "Çağırş", "Yeni həyat", "Rabitə dünyası", "3-cü hədəf" qəzetlərində redaktor müavini, bölgə müxbiri vəzifələrində çalışmışdır. "Şeirlər, poemalar", "Ömrün işıq payı", "Zirvəyə yol" və başqa kitabların müəllifidir. 20-dən artıq şeir, hekayə, publisistik kitabların müəllifidir, 50-ə yaxın kitaba redaktorluq edib. Şeirləri dövrü mətbuatda, almanaxlarda çap olunub. 2019-cu ilədək "Yeni həyat" qəzetində baş redaktor müavini vəzifəsində işləyib. 4 yanvar 2019-cu ildə vəfat edib.
2.Şükürov ƏIihüseyn Məmmədhüseyn oğlu– MasallıRayon İcra Hakimiyyətinin orqanı olan “Yeni Həyat” qəzetinin baş redaktorudur.
19 mart 1960-cı ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Jurnalist Sənətkarlığı İnstitutunu, Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasını (Moskva), Rusiya Federasiyasınin Prezidenti yanında Ali İdarəçilik Akademiyasını bitirmişdir. Komsomol, partiya, mətbuat və təsərrüfat orqanlarında işləmişdir. Eyni zamanda Murmansk vilayəti Ümumrusiya Azərbaycan Konqresinin Mətbuat, İnformasiya və İctimaiyyətlə iş Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin təsisçiliyi ilə çap olunan gündəlik "Respublika" qəzetinin xüsusi müxbiridir (2000-ci ildən). Azərbaycan haqqında məqalələri "Kommersant", "Azerbaydjanskiy Konqress" qəzetlərində çap olunur, televiziya-radio efirlərində səslənir. Rusiya Federasiyasının Murmansk vilayətində çəkilən "Novruz 2008" televiziya filminin ssenari müəllifidir. Bir çox vilayət, rayon və dövlət qurumlarının mükafatlarına layiq bilinmiş, Rusiya Federasiyasının "90 il Komsomolda" xatirə yubiley medalı ilə təltif edilmişdir. Hazırda “Yeni Həyat” qəzetinin baş redaktoru vəzifəsində çalışır.
3.Cəfərova (Gəncəliyeva) Xalidə Camal qızı
5 avqust, 1969-cu ildə Dağıstan Respublikasının Axtı rayonunun Zrıx kəndində anadan olmuşdur. Əslən Masallı rayonunun Qasımlı kəndindəndir. Yarəhmədli tayfasının Fərəcli soyundandır. 1986-cı ildə Yeddioymaq kənd tam orta məktəbini bitirmişdir. 1988-ci ildə – Cəfərov Xaləddin Novruz oğlu ilə ailə həyatı qurmuşdur. 1995-ci ildə Respublika təsərrüfat hesablı “loğman” Tibb Məktəbini bitirmişdir. Şeir yazmağa 1996-cı ildən başlayan Xalidə xanım, ilk şeirini atası – Gəncəliyev Camal Abuş oğluna həsr etmişdir.
Hazırda ailəsi ilə birlikdə Rusiya Federasiyasının Murmansk şəhərində yaşayır
4.Fərəcova (Nuriyeva) Ümüdvar Rəhman qızı
15 aprel, 1975-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Qarayusifli tayfasının Cavadlı soyundandır. 1991-ci ildə Qasımlı kənd tam orta məktəbindən məzun olmuşdur. Şeir yazmağa 3-cü sinifdən başlayan Ümüdvar xanım, ilk şeirini özünə həsr etmişdir. “Ay Allah, nə yaman dərdlidir bu qız”. Atasının üzünü görməyən Ümüdvar xanım, yazdığı şeirlər vasitəsilə ata həsrətilə necə yaşadığını qeyd etmişdir.
Ümüdvar xanım, 1992-ci ildə – Fərəcov Afiq Fəyyaz oğlu ilə ailə həyatı qurmuşdur. 4 övlad anasıdır.
2020-ci ildə Ümüdvar xanımın “Ata həsrəti” adlı şeir kitabı çap edilmişdir.
İncəsənət
1.Məmiyev Elçin Təvəkkül oğlu – Azərbaycanın ilk teleserial rejissoru
1966-cı ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "İynə-sap", "Səs", "Qorxma, atəş aç!", 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ" televiziya filmi 1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan" teleseriallarının həm aktyoru, həm də rejissoru olmuşdur. Bir çox filimlərin ssenari müəllifidir. 15.05.2017 tarixindən Lider televiziyasında yayımlanan "Qum Saatı" musiqili, əyləncəli, maarifləndirici verilişinin aparıcı və layihə rəhbəri olmuşdur.2021-ci ilin sentyabr ayında yayımlanan və Azərbaycanın ilk zəfər filmi olan – “Beşatılan”ın quruluşçu rejissoru və baş rol ifaçısı olmuşdur.
2.Balayev İlqar Cankişi oğlu – heykəltaraş, rəngkar, oyma ustası.
26 avqust 1967-ci ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1984-1986-cı illərdə Bakıda 84 saylı Rəssamlıq Peşə məktəbində təhsil alıb. 1988-ci ildən şəxsi emalatxanasında fərdi şəkildə sənətini gənclərə öyrədir.
Onun 2 oğlu – Aqşin və Mütəqil Balayevlər də heykəltaraşdır. Rayonda şəhidlərlə bağlı bir çox baraleyflərin, heykəllərin müəllifi onlardır. Bu heykəltaraş qardaşlarla bağlı cənub xəbərtv xüsusi veriliş hazırlayıb və efirə verib.
3.Qarayev Rahib Arif oğlu – heykəltaraş-rəssam.
8aprel 1986-cı ildə Qasımlı kəndində doğulub. 2008-2012-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb. 2014-cü ildən həmin Akademiyada müəllim işləyir. Türkiyədə keçirilən bir neçə simpoziumların, dünyanın bir çox sərgilərinin mükafatçısı olub. 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin, 2019-cu ildə Qasımlı kənd məktəbinin qarşısındakı şəhid Hakim Həsənov heykəlinin müəllifidir. 2015-ci ildən Azərbaycan Rəsssamlar Birliyinin üzvüdür.
Hüquq-mühafizə işçiləri:
1.Kazımov Söhbət Seyfulla oğlu – (15.05.1952-05.07.2007) – polis polkovnik-leytenantı
15 may 1952-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1970-ci ildə hərb xidmətə getmiş,1972-ciildə ordudan tərxis olunduqdan sonra Türkmənistanın Krasnovodsk(indiki Türkmənbaşı) şəhərinə getmişdir. 1978-ci ildə orta milis məktəbinə daxil olmuş,1982-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Daha sonra cinayət axtarış şöbəsində baş əməliyyatçı və rəis müavini vəzifələrində çalışmışdır.1988-ci ildə Polis daxil olmuş, 1993-cü ildə oranı bitirmişdir. 1994-cü ildə Bakıya qayıtmış və Ədliyyə Nazirliyində işini davam etdirmişdir. Eyni zamanda Qarabağda komendaturanın rəis müavini vəzifəsində çalışmışdır. 1997-ci ildə 6 sayılı İslah Əmək Düşərgəsinin rəisi vəzifəsində çalışmış, 1999-cu ildə Masallı rayon İslah əmək komendaturasında rəis müavini vəzifəsində işləyib. 2006-cıildə Polkovnik-leytenant rütbəsini almışdır. 5 iyun 2007-ci ildə vəfat edib.
2.Rufullayev Hakim Qara oğlu – (18.11.1960-09.12.2006) – Rusiya Federasiyasının Ryazan şəhərində prokuror müavini işləmişdir.
18 noyabr 1960-cı ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub.1967-1977-ci illərdə Yeddioymaq kənd tam orta məktəbində təhsil almışdır. 1977-1978-ci illərdə hərbi xidmətə getmişdir.Hərbi xidməti bitirdikdən sonra Ali Polis Akademiyasına daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. Uzun müddət işləmişdir. SSRİ dağıldıqdan sonra hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. 9 dekabr 2006-cı ildə vəfat etmişdir.
Heydərov Rza Sarıbala oğlu – (28.10.1969) – Polis, Qarabağ veteranı
28 oktyabr 1969-cu ildəMasallı rayonunun Qasımlı kəndində anadan olub. 1977-1987-ci illərdə Yeddioymaq kənd orta məktəbində oxuyub. 1987-ci iilin noyabrında Qazaxıstan SSR Karakanda şəhərində daxili qoşunlarda hərbi xidmətdəolub. Vzvod komandirinin müavini vəzifəsində çalışıb. 1991-ci ildə Masallı rayon polis şöbəsinə qəbul olub. Polisdə işlədiyi dövrdə, Qarabağ müharibəsində iştirak edib.
1992-ci ildə Laçındavə Şuşada,1993-cüildə Ağdam, Ağdərə, Cəbrayıl və bir çox cəbhələrdə vuruşub. 2010-cu ildə polis orqanından təqaüdə çıxıb. Hal-hazırda Qarabağ müharibəsi veteranıdır.
İdman:
Rəhmanov Rəhim Kərim oğlu
– SSRİ-nin idman ustası.
27 oktyabr 1947-ci ildə Masallı rayonunun Qasımlı kəndində doğulub. 1969-1975-ci illərdə Türkmənistan Tibb İnstitutunda təhsil alıb. 1970-ci ildə Türkmənistan SSR-nin çempionu və SSRİ-nin idman ustası olub. 1975-ci ildə Azərbaycana gəlir və Masallı Uşaq Gənclər İdman Məktəbində güləş üzrə müəllim işləyir. 11 yanvar 2002-ci ildə vəfat edib.
Biznesmenlər və kənd xeyriyyəciləri
1.Şükürov Hacı Heybət Şərif oğlu
10.05.1936-cı ildə Qasımlı kəndində doğulub. Qasımlı kənd məscidinin təmiri və təzədən qurulması, aztəminatlı ailələrə kömək və digər xeyriyyə işlərində iştirak edir.
2.Qulamirzəyev Kərbəlayi Əziz Abbas oğlu
17.03.1940-cı ildə Qasımlı kəndində doğulub.Qasımlı kənd ara yolunun təmiri, əsaslı bərpası, Qasımlı kənd məscidinin təmiri və təzədən qurulmasında fəal iştirak etmişdir.2011-ci ildə vəfat edib.
3.Balayev Hacı Niftulla Qaraş oğlu
01.07.1941-ci ildə Qasımlı kəndində doğulub.Kəndin Qarayusifli məhəlləsində yerləşən türbənin tam şəkildə təmir olunması və təmizlənməsi üçün maddi yardım göstərmişdir. Həmçinin digər xeyriyyə işlərində yaxından iştirak etmişdir.2010-cu ildə vəfat edib.
4.Qarayev Hacı Akif Qaraş oğlu
08.06.1954-cü ildə Qasımlı kəndində doğulub.Qızılağac-Yeddioymaq yolunun asfaltlaşdırılması və başqa xeyriyyə işlərini görüb.
5.Cəfərov Xaləddin Novruz oğlu
14.12.1965-ci ildə Qasımlı kəndində doğulub.Qasımlı kəndinə aid tarixi sənədlərin əldə olunmasında və kitabın hazırlanmasında maddi yardım göstərmişdir. Eyni zamanda digər xeyriyyə işlərində iştirak edir.
6.Şükürov İbrahim Məmmədhüseyn oğlu
27.10.1966-cı ildə Qasımlı kəndində doğulub. Kəndimizin yollarının qumlanmasında, məktəbdə, mərasim zalının tikilməsində özünün və Rusiyanın müxtəlif şəhərlərində (əsasən Murmanskşəhərində) yaşayan qasımlılar tərəfindən maddi yardım göstərilməsini təşkil edir.
Mərasim zalı
KƏND UZUNÖMÜRLÜLƏRİ
1.Rufullayev Əsgər Ağarəhim oğlu – (1868-1987) – 119 yaş
2.Kərbəlayi Qaraxan Məmmədrza oğlu – (1749-1857) – 108 yaş
3.Nuriyeva Ağabəyim Museyib qızı – (1906-2014) – 108 yaş
4.Əlihəsənov Nəhmət Muxtar oğlu – (1889-1994) – 105 yaş
5.Həsənova Şirin Əlihəsən qızı – (1855-1957) – 102 yaş
6.Kərimova Güllər Qubad qızı – (1919-2020) – 101 yaş
7.Allahverdiyeva Fatma Səməd qızı – (1889-1989) – 100 yaş
8.Allahverdiyev Əlibala Rüstəm oğlu – (1900-2000) – 100 yaş
9.Allahverdiyeva Səriyyə Rzaəli qızı – (1900-2000) – 100 yaş
10.Səmədova Fatma Mustafa qızı – (1906-2006) – 100 yaş
11.Əsgərov Əmir Eyni oğlu – (1877-1973) – 96 yaş
12.Abdullayeva Ağabəyim Məhərrəməli qızı – (1918-12.01.2014) – 96 yaş
13.Kərbəlayi Yaqub İsmayıl oğlu – (1787-1882) – 95 yaş
14.Əzimova Ruqiyyə Ədil qızı – (1903-1998) – 95 yaş
15.Kərbəlayi Eynulla İsmayıl oğlu – (1793-1887) – 94 yaş
16.Kərimova Güllər Zalı qızı – (1929) – 94 yaş
17.Rəhimova Nənəxanım Əsgər qızı – (1926-2019) – 93 yaş
18.Babayev Təyyar Teyyub oğlu – (1927.12.12.2020) – 93 yaş
19.Şükürova Həcər Mustafa qızı – (1912-2004) – 92 yaş
20.Fərəculla (Fərəc) Kərbəlayi Qasım oğlu – (1828-27.12.1919) – 91 yaş
21.Kərimov Qardaşxan Mustafa oğlu – (1924-2015) – 91 yaş
22.Kərbəlayi Xanməmməd Yarəhməd oğlu – (1793-1883) – 90 yaş
23.Kərimov Curu Mütəllim oğlu – (1885-1975) – 90 yaş
24.Nuriyeva Xədicə Orucəli qızı – (1886-20.11.1976) – 90 yaş
25.Kərimov Rüstəm Manaf oğlu – (1891-1981) – 90 yaş
26.Abdullayeva Ağanənə Rəhman qızı – (1903-1993) – 90 yaş
27.Vəliyev Müzəffər Əmir oğlu – (1904-1994) – 90 yaş
28.Nuriyeva Xumar Paşa qızı – (1905-1995) – 90 yaş
29.Abdullayev Kərim Rəhman oğlu – (1906-1996) – 90 yaş
30. Eyvazova Leyla Məhərrəm qızı – (1910-19.01.2000) – 90 yaş
31.Yusifova Balaxanım Məşhədi Əli qızı – (1930-15.05.2020) - 90 yaş
Fəyyazlı Mehdi Afiq oğlu– bölgəmizin gənc tarixçi-araşdırmaçısı
27 sentyabr 2000-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur.
2006-2012-ci illərdə Qasımlı kənd tam orta məktəbində təhsil almışdır. 2013-cü ildə ailəsi Rusiya Federasiyasının Murmansk şəhərinə köçdüyündən orta təhsilini burada davam etdirərək, 26 saylı orta məktəbi bitirmişdir. Orta məktəbdə təhsil aldığı müddətdə Azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi və digər mövzularla bağlı müsabiqələrdə iştirak etmiş, bir sıra hədiyyə və tərifnamələrlə təltif olunmuşdur. Orta təhsilini bitirdikdən sonra Murmansk Texnoloji Xidmət Kollecində təhsil almışdır. Hazırda Logistika ixtisası üzrə işləyir. Azərbaycan türkcəsi ilə yanaşı, rus dilini və Türkiyə türkcəsini bilir, həmçinin ərəb dilində oxumağı bacarır. Mehdi Fəyyazlı Doğma yurda olduqca bağlı və zəhmətkeş bir gəncdir. Çoxlarının tariximizə biganə olduğu vaxtda Mehdi Fəyyazlı doğma Qasımlı kəndi haqqında,1-i 155, 2-cisi 434 səhifə olmaqla 2 kitab yazıb. Olduqca maraqlı araşdırmalar aparmışdır.
Mehdi Fəyyazlının daha gənc olması və xaricdə yaşayıb doğma kəndi haqqında 20 yaşında “Qasımlı kəndi” adlı 2 kitab yazması bu qəbildən olan uğurlarındandır.
(Qasımlı kəndininin tarixi və ziyalıları haqqında məlumatların hazırlanmasında gənc tarixçi-araşdırmaçı – Fəyyazlı Mehdi Afiq oğlununhazırladığı “QASIMLI KƏNDİ” kitablarından geniş istifadə olunmuşdur.
Mehdi Fəyyazlıya kollektivimiz adından təşəkkür edirik!
“Masallı esiklopediyası”nı hazırlayan qrup
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.