Osman Gündüz:
Bir şəhidin taleyi haqqında
Bu gün Balakəndə Şəhidlər Xiyabanında oldum.
Zəfər Günü ilə bağlı Balakəndə bu gün bir sıra tədbirlər təşkil olunub.
Bəzilərində iştirak etdim.
Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin əksəriyyətinin adlarını artıq əzbərləmişəm. Şəhid ailələri ilə görüşdüm.
Sonuncu antiterror əməliyyatlarında şəhid olan Sərxan Köklərovu yad etdim.
Bir-bir qəbirlər önündən keçərkən bir anlıq Şuşanın işğalı günü şəhid olan Nəsrəddin Məmmədovun qəbri önündə dayandım. Ötən dövrlər gözümün önundən keçdi.
Nəsrəddin müəllim həm rayonda tanınmış rəssam, həm də mənim oxuduğum 1 saylı şəhər orta məktəbində rəsm müəllimi olub.
Xatırlayıram ki, bir az da fəlsəfi, ruhani söhbətləri olardı.
Olmuş hadisədir.
1-ci Qarabağ Savaşı başlayanda 52 yaşlı Nəsrəddin müəllimi yaşlı olması səbəbindən cəbhəyə göndərmədiklərinə görə bığını və saçlarını dibdən qırxmışdı ki, gənc görsənsin.
Sonradan özü könüllü gedib Şuşada Milli Qəhrəman Ramiz Qənbərovun özünümüdafiə batalyonunda vuruşmuşdu.
O zaman xatırlayıram ki, bir neçə gündən sonra rayonda bilinmişdi ki, Nəsrəddin müəllim artıq Şuşa ətrafında döyüşlərdə iştirak edir. 52 yaşlı Nəsrəddin müəllimin bu addımını hamı çox maraqla qarşılamışdı.
Nəsrəddin Məmmədov Şuşa ətrafındakı döyüşlərdə, Şuşanın işğalı günü , 8 may günü şəhid olub.
Bildiyim qədər meyidi indiyədək tapılmayıb.
Bu gün isə 8 Noyabr, Şuşanın işğaldan azad olunduğu gün, Zəfər Günüdür.
2020-ci ilin 8 Noyabr tarixində güclü ordumuz, rəşadətli əsgərlərimiz və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Qarabağa qovuşdu, Şuşaya qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, həlak olan günahsız vətəndaşlarımızın qisası döyüş meydanında alındı.
İndi bu Xiyabanda Şuşanı işğaldan azad edənlər, Zəfəri bizə yaşadanlar da dəfn olunub.
Şəhidlərimizin ruhları artıq şaddır.
Bu gün Zəfərimizin 3 illiyini qeyd edirik. Həm də bunu Xankəndində və Şuşada qeyd edirik.
Zəfərimiz mübarək!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.