“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 17-19 fevral tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Gender əsaslı zorakılığa və məişət zorakılığına qarşı ictimai mübarizə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 14 yaşayış məntəqəsindən (Astara, Bakı, Biləsuvar, Füzuli, Goranboy, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Lerik, Lənkəran, Mingəçevir, Şəki, Tovuz) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 8500 (səkkiz min beş yüz) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın keçirilməsinə başlanılmışdır. Nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailəni təmsil edən 17 nəfər qız və 8 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı cənab Yusif Xamıyev, ekspert qismində isə Lənkəran rayon Vəkil Bürosunun vəkili cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında gender əsaslı zorakılıq və ailədaxili zorakılıq sahəsində bir çox mövzuların: “Gender və gender bərabərliyi anlayışları, Stereotip və gender stereotipləri, Qadın hüquqları və onların özünümüdafiə qaydaları: Qadınlara qarşı zorakılıq, Gender əsaslı zorakılıq, ailədaxili zorakılıq, onların formaları və onlara qarşı mübarizə tədbirləri, Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Ailə və etika konsepsiyası, Əxlaq normaları və qanunvericilik, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Məlumat bankı - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, İctimai qınaq, ictimai nəzarət və ictimai iştirakçılıq konsepsiyaları” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.
Tədbirin sonunda bütün iştirakçılara gender əsaslı zorakılıq və ailədaxili zorakılıq sahəsində müvafiq təqdimatların təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 20 dekabr 2022-ci il – 20 mart 2023-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi respublikamızda nikahların azalmasına, boşanmaların isə artmasına rəvac verən gender əsaslı zorakılığa və məişət zorakılığına qarşı ictimai mübarizə sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 46 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdaş, Ağstafa, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Oğuz, Saatlı, Sabirabad, Salyan, Sumqayıt, Şabran, Şamaxı, Şəki, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab) 158 nəfər gənc ərizəçi (61 nəfər oğlan və 97 nəfər qız) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (8 oğlan və 17 qız) tədbirdə iştirak etmək hüququ qazanmışdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.