"Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi" layihəsi üzrə ictimai müzakirə keçirilib
"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 28 sentyabr 2023-cü il tarixlərində Bakı şəhər, AMEA Mərkəzi Elmi Kitabxanasında "Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi" layihəsi üzrə ictimai müzakirə keçirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni açıq elan etdi və tədbir iştirakçılarını salamdı. Müzəffər Ordumuzun antiterror əməliyyatında qazandığı böyük qələbə münasibəti ilə iştirakçıları təbrik etdi. Daha sonra layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri Rauf Zeyni layihənin əsas məqsəd və əhəmiyyətini əks etdirən slayd-təqdimat etdi, ictimai nəzarət və iştirakçılığın önəmini vurğuladı və cəmiyyətin bu yöndə maarifləndirilməsi istiqamətində çıxış etdi. Tədbirdə iştirak edən OMBUDSMAN aparatının nümayəndəsi Müqalib Mahmudov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Vasif Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin daxili nəzarət və monitorinq şöbəsinin nümayəndəsi Kamran Tağızadə, Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini
Bəhman Hüseynov, Nərimanov rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbə müdir müavini Vəfadar Zeynalov, Pirallahı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Loğman Müslümov, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Namazov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Turan Cəfərov, Nizami rayon Nizami bələdiyyəsinin nümayəndəsi Səadət Qəribova, Eko Real MMC-dən Telman Zeynalov layihə üzrə ekspert “İnkişafa və islahatlara Dəstək” İB sədri Ramil Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, ATXƏM sədri İlham İsmayılov, “Modern İnkişaf və Ailə” İb sədri Zərifə Quliyeva, “Vətəndaşların Sosial Rifahı Naminə” İB sədri İradə Rizazadə, “Ailələrə Sosial Dəstək” İB sədri Esmira Rəhimova “Davamlı Turizm İnkişafına Dəstək” İB sədri Nərminə Qəribova və başqaları ictimai müzakirədə iştirak edərək cəmiyyətdə olan aktual problemlər və bu problemlərdən çıxış yolu olaraq təkliflərlə çıxış etdilər. “Cəmiyyətin İnkişaf Mərkəzi” İb sədri Əhməd Abbasbəyli layihənin müsabiqədən kənar davam etdirilməsini təklif etdi. “Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İB sədri İlqar Hüseynli və “Vətəndaşların Sosial Rifahı Naminə” İB sədri İradə Rizazadə ölkədəki şəffaflıqla bağlı narazılıqlarını bildirdilər və hal –hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma proseslərində hesabatlılıq olmasının vacib olduğunu vurduladılar.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.