Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş “Learn English with Youth” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbdə şagirdlərdə ingilis dilində özünü təqdim etmə, gündəlik fəaliyyətlərin sadə ifadələrlə ingilis dilində səsləndirilməsi, ünsiyyətqurma qabiliyyətlərinin inkişafı, xarakter və temperamentlərin müəyyənləşdirilməsi ilə özlərini daha yaxından tanıma şanslarının yaradılması, dünya musiqiçiləri və bəstəkarları ilə tanışlıq, musiqi duyumunun inkişaf etdirlməsi kimi bacarıqların öyrədilməsi və formalaşdırılması üçün ümumilikdə ingilis dili, psixologiya və musiqi üzrə təlimlər keçirilib. Layihə çərçivəsində keçirilən təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihənin məqsədi Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbdə təhsil alan 22 nəfər yeniyetmə və gənclərin xarici dil biliklərinə olan marağın artırılmasıdır. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin xarici dili öyrənməyə marağın yüksəlməsinə və gələcəkdə cəmiyyətdə uğurla təmsil olunmalarına fayda verəcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.