Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Qadınlar cəmiyyətimizin humanizm dəyərlərinin yaşadıcısı, xoş məqsədlərin daşıyıcısı, hər birimizə böyük ana sevgisi, itməz və bitməz həyat eşqidir. Qadınlar həm də elmizin və obamızın xoşbəxtlik rəmzidir. Qadınlar, eyni zamanda, düşüncəsində, əməlində, yaşam tərzində sədaqətlilik, etibarlılıq və qəhrəmanlıq rəmzi olan dəyərlərlə zəngindir. Sevdasında Vətən eşqinin, amalında və məqsədlərində torpaq və yurd məhəbbətinin böyük ifadəsi olan qadınlar hər birimiz üçün qiymətlidir.
Azərbaycan Respublikasının istər keçmiş İttifaq dövründə, istərsə də, hazırkı müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə qadınlar daima diqqət mərkəzində olmuşdur. Qadınların əməyinə, fəaliyyətinə və ölkəmizin davamlı inkişafında mühüm roluna böyük dəyər verən milli lider deyirdi: Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar.
Qadınlar ölkəmizin iqtisadi, sosial, mədəni həyatında, hüquqi təsisatlar mühitində, bir sözlə, əhəmiyyətli dövlət quruculuğu proseslərində hər zaman uğurla fəaliyyət göstərmiş, hazırda da, göstərməkdədir. Milli iqtisadiyyat üzrə uzunmüddətli perspektivlərin daha da əlçatan olmasında, davamlı iqtisadi islahatlar müstəvisində qətiyyətli prioritetlərin müəyyən olunmasında, eyni zamanda, ölkənin regional və milli iqtisadiyyat üzrə strategiyalarının reallaşmasında qadınların rolu və fəaliyyəti olduqca böyükdür.
Xüsusilə də, ulu öndərin siyasi fəaliyyətinin keçmiş İttifaq dövrünə aid olan mərhələlərdə, 1969-1982-ci illərdə ölkəmizdə əhalinin sayı üzrə göstəricilərdə qadınların sayında da artım dinamikası özünü göstərmişdir. Bunu şəkil 1-in məlumatlarında da görmək olar.
Şəkil 1
Azərbaycan Respublikasında qadınların sayı barəsində məlumat (min nəfər)
Şəkil 1-in məlumatlarının təhlilindən aydın olur ki, sabiq İttifaq dövründə ölkəmizdə 1970-1980-ci illər ərzində qadınların sayı 1,2 dəfə artmışdır. Bu dövrdə qadınlar ümumi əhalinin 51 faizini təşkil edirdilər.
Azərbaycan Respublikasının milli iqtisadi quruculuq proseslərinin uğurlu davamlılığında da qadınların rolu böyük olmuşdur. Onlar, cəmiyyətimizin müəllim, həkim, hakim, rəssam, bəstəkar, şair, söz və sənəd adamlarından ibarət olan olduqca dəyərli üzvləridir. Müasir bazar münasibətləri şəraitində çoxnövlü mülkiyyət münasibətlərinə əsaslanan iqtisadi idarəetmə şəraitində təşəkkül tapan potensialın yaradılmasında qadınların rolu və fəaliyyəti böyük olmuşdur. Respublikamızın davamlı iqtisadi inkişaf və sosial etibarlılıq proseslərində qadınların fəaliyyəti daha əlamətdar olmaqdadır. Bunu şəkil 1-in məlumatlarında da görmək olar.
Şəkil 2
Azərbaycan Respublikasında qadınların sayı barəsində məlumat (min nəfər)
Aydın olur ki, 1995-2022-ci illər ərzində ölkəmizdə qadınların sayı 1,4 dəfə artmışdır. Bu dövrlər üzrə ölkəmizdə qadınlar ümumi əhalinin 51 faizdən artığını təşkil etməkdədirlər. Qeyd etmək olar ki, müasir müstəqillik illərində qadınların sayı artan dinamikada təşəkkül tapmış və bu, ölkənin etibarlı demoqrafik göstəricilərindən birinə çevrilmişdir. Eyni zamanda, bu göstəricilər bütövlükdə, milli iqtisadi quruculuq proseslərinin mühüm ifadəsini təşkil etməkdədir.
Qəbul olunan Dövlət proqramları, regional və milli zəmində həyata keçirilən hüquqi tənzimləmə strategiyaları milli iqtisadiyyatlar üçün hər zaman aktual məsələ olan məşğulluq siyasətinin səmərəli təşkilində mühüm amil olmuşdur. Uğurla reallaşan sənayeləşmə siyasəti, regionlarda Sənaye Park və Məhəllələrinin yaradılması, bu istiqamətlərdə əmək ehtiyatlarından səmərəli istifadənin də diqqətdə saxlanılması kimi tədbirlər iqtisadi fəal əhali və onun tərkibində məşğul şəxslər üzrə qadınların da rolunu artırmaqdadır. Diqqət etdikdə bunu, təkcə 2021-ci il üzrə statistik göstəricilərin təhlilində də görmək olar. Bu haqda məlumat, şəkil 3-də təqdim olunur.
Şəkil 3
2021-ci ildə ölkədə qadınlar üzrə iqtisadi fəal əhalinin və onun tərkibində məşğul əhalinin sayı haqqında məlumat (min nəfər)
Burada, onu da qeyd etmək olar ki, 2021-ci ildə qadınlar üzrə məşğul şəxslər iqtisadi fəal əhalinin 93 faizini təşkil etmişdir.
Ölkəmizin sosial-iqtisadi inkişafında olduğu kimi, elm və təhsil sahəsində çalışan və xüsusilə də, elmi araşdırma sahələrində fəaliyyət göstərən qadınların sayına baxdığımız zaman aydın olur ki, təkcə, 2022-ci ilin əvvəlinə olan statistik məlumatlara əsasən, еlmin sаhələri bölgüsündə fəlsəfə dоktоru proqramı üzrə təhsil alan qadınların sayı 1405, elmlər doktoru proqramı üzrə təhsil alan qadınların sayı isə 402 nəfər olmuşdur. İstinad olunan dövrdə fəlsəfə doktoru proqramı üzrə ümumi təhsil alanların 55, elmlər doktoru proqramı üzrə ümumi təhsil alanların isə 53 faizini qadınlar təşkil etmişdir.
Təbii olaraq, bütün bunlar, ölkəmizdə hərtərəfli inkişaf proseslərində qadınların rolunun yüksək olduğunu göstərməkdədir. Olduqca sevindirici haldır ki, ixtisaslaşma və tədris proseslərində də qadınların sayı çoxluq təşkil etməkdədir. Azərbaycan Respublikasının elm və tədris prosesləri sahəsində bunun şahidi olmaq bizləri daha da çox sevindirir. Bu sahədə, Naxçıvan Dövlət Universitetinin rolu və əhəmiyyəti artmaqdadır. Diqqət etdikdə aydın olur ki, hazırda, ali məktəbdə idarəetmə və xidmət sahələrində 161 qadın əməkdaş fəaliyyət göstərir ki, bu da ümumu heyətin 54 faizini təşkil etməkdədir. Həmin göstəricilərin pedaqoji heyətə aid olunduğu zaman aydın olur ki, burada, 208 qadının rolu mövcuddur ki, bu da ümumi pedaqoji heyətin 40,4 faizi demək olur. Naxçıvan Dövlət Universitetinin tələbələrinin cins bölgüsünə diqqət etdikdə, burada da, qadın tələbələrin mühüm göstəricilərlə təmsil olunduqlarını qeyd etmək olur. Belə ki, bu göstərici, ümumi tələbələrin 3691 nəfərini və ya 46,1 faizini təşkil etməkdədir. Bütünlükdə isə, universitet əməkdaşlarının və tələbələrinin 46 faizini məhz qadınlar təşkil etməkdədir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.