( dramatik hekayə)
Onlar avtobusla yaşadıqları ailəvi yataqxanaya gəlirdilər. Artıq günəş qüruba enmiş, hava qaralırdı. İstirahət günü olduğundan avtobusda adam az idi.
Birinci qadın- Mən yataqxananın yanındakı dayanacaqda düşəcəm. Sən iki dayanacaq gedərsən, sonra düşərsən ki, bizi bir yerdə görməsinlər və heç nədən şübhələnməsinlər..
Birinci kişi- Yaxşı. Amma deyəsən mənim arvadım nə isə başa düşüb və şübhələnib. Son vaxtlar çox əsəbi olurdu. İndi axırıncı bir həftədir ki, köpü yatıb...
Birinci qadın- Mənim ərim də deyəsən nədənsə şübhələnmişdi. Mənimlə çox əsəbi danışırdı. Amma son vaxtlar o da sakitləşib.
Birinci kişi- ( gülümsündü) – Bizim arvad da tam sakitləşib.
Birinci qadın- Biz gərək belə işi tutmayaydıq. Mən sənin arvadına “bacı” deyirdim. Sənin şirin dilinə aldandım... İndi bilmirəm ona nə deyim...
Birinci kişi- ( gülümsündü)- Nə istəyirsən de də... Elə yenə də “bacı” de ki, şübhələnməsin. Mən də sənin ərinə “qardaş” deyirəm... İndi bu “qardaş” sözünü daha şəstlə deyirəm...
Onlar susdular. Bir-birinə baxıb, gülümsündülər... Hər ikisi yorğun görünürdü...
Bu kişi ilə qadının gəldiyi avtobusun əks tərəfindən ailəvi yataqxanaya doğru bir avtobus da gəlirdi. Bu avtobusda da iki cavan qadın və kişi yan-yana əyləşmişdilər. Onlar da yorğun idilər. Amma elə bil bir-birindən doymamış kimi həsrətlə bir-birinə baxır və xısın-xısın danışırdılar.
İkinci qadın- Yəqin indi onlar artıq qayıdıb gəliblər. Ərim şübhələnməsin deyə mən ona demişəm ki, rəfiqəmgildəyəm, indi bir azdan gələcəm. Telefonu da söndürmüşəm ki, zəng edə bilməsin. Soruşsa deyəcəm ki, telefonun zaryatkası qurtarmışdı.
İkinci kişi- Yaxşı eləmisən. Sənin ağlına heyranam. Bu işi də çox ustalıqla düzüb-qoşdun...
İkinci qadın- Mən yataqxananın yanında düşəcəm. Sən gedib iki dayanacaq sonra düşərsən ki, bizi it-qurd görməsin,- deyə qadın kişinin əlini sıxdı.
İkinci kişi-Hə, düz deyirsən. Birdən gəlmiş olarlar, bizi bir yerdə görməsinlər. Yataqxanadakı qadınlar da yəqin həyətdə oturublar... Gəlib- gedənə bir şəbədə qoşurlar...
İkinci qadın- Yaxşı ki, biz səninlə bu işi gördük. Yoxsa ürəyim partlayardı. Sənin arvadını və ərimi boğub öldürərdim. İndi artıq rahatam... İndi kim nə deyir-desin, heç vecimə də deyil...
İkinci kişi- Hə. Mən də hər ikisini öldürə bilərdim. Sənin bu təklifin yaxşı oldu... İndi rahatam. Gec-tez də o qancığı boşayacam...
İkinci qadın- Dəlisən. Niyə boşayırsan. Qoy onlar öz kefini çəksin, biz də öz kefimizi çəkək... Bu həyatda bir dəfə yaşayırıq...
İkinci kişi ona baxıb gülümsündu və razılıqla başını yellədi.
... Yataqxanada yaşayan bu ailələr qonşu idilər. Bir mətbəxdə yemək bişirirdilər və hətta bəzən bir yerdə də çörək yeyirdilər. Bir-birinə də “bacı-qardaş”, -deyə müraciət edirdilər. Hər birinin də iki məktəbli övladları vardı. Onlar da bir-birilə çox mehriban idilər...
Başları macəralı “sevgi oyununa” qarışan, tərbiyəsiz hərəkət edən bu ailələrin gələcək taleyinin necə olacağını heç fələk də bilmirdi. Ulu Tanrı belə şeyləri gördükcə, bəlkə də Adəm və Həvvanı Yer kürəsinə göndərməkdə peşiman idi. O, heyvan xislətində yaşayan bu adamların murdar əməlinə mat qalmışdı... Mat qalmışdı...
Ulu Tanrının çaldığı həyəcan təbilindən, yaratdığı sunamilərdən, dəhşətli zəlzələlərdən, çarəsi tapılmayan xəstəliklərdən, qanlı müharibələrdən Yer kürəsində yaşayan və heyvani xislətlə ömür sürən belə adamlar hələ də heç nə başa düşmək istəmirlər... Təkcə başa düşmək yox, hətta heç nəyi dərk eləmək belə istəmirlər... Deməli, dünyanın sonu artıq yaxınlaşır...
Sumqayıt şəhəri
05 -16 fevral- 2023-cü il
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.