“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov və Özbəkistanda çalışan gənc azərbaycanlı alim, tarix elmləri namizədi Azər Adıgözalovun “Узбекистан – Азербайджан: исторический аспект культурно-духовного взаимосотрудничества братских народов” (Özbəkistan - Azərbaycan: qardaş xalqlar arasında mədəni-mənəvi əməkdaşlığın tarixi aspekti) mövzusunda monoqrafiyası Daşkənddəki “Renessans Press” nəşriyyatında rus dilində çapdan çıxıb.
Monoqrafiya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunub.
Monoqrafiyada qədim dövrdən bugünədək Özbək və Azərbaycan - iki qardaş xalqın qarşılıqlı əlaqələri, mədəni-mənəvi əməkdaşlığı, dövlətlərarası münasibətlər, rəsmi dövlət sənədləri, arxiv materiallarla bağlı məlumatlar konkret tarixi faktlar yer alıb.
Nəşrdə qeyd olunur ki, eramızdan əvvəl II-I əsrlərdə ən işlək əməkdaşlıq və ticarət yolu Çin və Hindistandan başlayan, Orta Asiyadan keçən, buradan Xəzər dənizinə çataraq Azərbaycan ərazisindən – Odlar yurdundan keçməklə Avropaya uzanan bu yol antik dövrün coğrafiyaşünası Strabon tərəfindən Böyük İpək Yolu adlandırılıb. Böyük İpək Yolunun üç əsas üç karvan yolundan birinin Mərkəzi Asiyanın Fərqanə vadisindən (Özbəkistan) keçərək Qafqazda qədim Azərbaycan dövləti olan Atropatena torpaqlarından davam etməsi monoqrafiyada öz əksini tapıb.
Monoqrafiyada həm sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra əlaqələrimizə geniş nəzər salınır, böyük siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaş ölkələrlə, ələlxüsus da Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyi, Ümummilli Liderin 1993-cü ildə yenidən xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin bərpa olunmasında və bu münasibətlərin səmərəli inkişafında müstəsna xidmətləri qeyd olunur.
Monoqrafiyada ictimai təşkilatların mədəni əlaqələrimizin inkişafında rolu vurğulanır, Ulu öndər Heydər Əliyevin adını daşıyan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi çoxsaylı mədəni layihələr, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri, həftəliyi, kino, musiqi və mətbəx günləri, keçirilən çoxsaylı konfransların, görüşlərin, dostluq konsertlərinin, imzalanan memorandumların iki ölkə arasında əməkdaşlığa yeni imkanlar açdığı vurğulanır.
Monoqrafiyanın birinci fəslində antik və orta əsrlər dövründə qardaş xalqların əməkdaşlığına qısa tarixi ekskursiya, ikinci fəsildə isə XIX-XX əsrdə Özbək və Azərbaycan xalqlarının əlaqələri və əməkdaşlığı, Türküstan və Azərbaycanda sosial-iqtisadi vəziyyət, təhsil, elm və ədəbiyyat sahəsi, mədəni əlaqələrinin inkişafında teatrın rolu və yeri, konsolidasiya və siyasi birlik ideyalarının inkişafı öz əksini tapıb.
Elmi tədqiqat əsərinin üçüncü fəslində Sovet dövründə yaşayan eyni dövlətçilik sistemində təmsil olunan iki xalqın mədəni və mənəvi əməkdaşlığının vəziyyəti, ədəbiyyat və incəsənət, elm və təhsil sahəsində əlaqələrə nəzər salınır. Monoqrafiyanın dördüncü fəslində isə yeni geosiyasi vəziyyət, yaranmış müstəqil dövlətlərimiz arasında qarşılıqlı əməkdaşlığın formalaşması, xarici siyasət, iki suveren dövlət arasında qarşılıqlı əməkdaşlıq üçün hüquqi əsasların formalaşdırılması öz əksini tapıb. Müəlliflər beşinci fəsildə isə iki ölkənin mədəni və mənəvi əməkdaşlığının əsas istiqamətləri, əlaqələrin inkişafında dövlət və ictimai təşkilatların rolunu xüsusi nəzər salaraq, mədəniyyət sahəsinin dövlətlərarası əlaqələrdə böyük güc olduğunu, müasir dövrdə bu sahədə görülən içlərin dövlətlərin xarici siyasətinin mühüm tərkib hissəsinə çevrildiyi və ölkələr arasında münasibətlərin yüksək səviyyəyə qaldırılmasındaa müstəsna rolunun olması qeyd edilir.
Nəşrdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə Özbəkistanın aparıcı ali təhsil və mədəniyyət ocaqlarında yaradılan Azərbaycan ocaqları və mərkəzləri, qardaşlaşmış şəhərlər layihəsinin icrası, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına dair yüzlərlə tərcümə nəşrlərinin çapı, çoxsaylı tədqiqat layihələri, Azərbaycana və Özbəkistana təşkil olunan çoxsaylı mediaturlar, özbək mətbuatında Azərbaycana dair yayımlanan məqalələr, televiziya verilişləri və s. kimi fəaliyyətlərin mədəni əlaqələrimizin inkişafına böyük təkan verdiyi vurğulanır.
Qeyd edək ki, monoqrafiya beynəlxalq münasibətlərin və xarici siyasətin tərkib hissələrindən biri kimi ikitərəfli mədəni əlaqələrlə maraqlanan geniş oxucu kütləsi, habelə ali təhsil müəssisələrinin müvafiq ixtisas və fakültələrinin mütəxəssisləri, müəllimləri, magistrantları və tələbələri üçün nəzərdə tutulmuşdur.
Monoqrafiya Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, iki xalq arasında tarixi dostluq, əlaqələr, müstəqil dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqla bağlı tədqiqat əsərlərinin, nəşrlərin hazırlanmasına Mərkəz böyük önəm verir. Azərbaycan Mədəniyyət Mərkəzi bu cür nəşrlərin gələcəkdə Azərbaycan-Özbəkistan əlaqələri, dövlətlərimiz arasında əməkdaşlığa dair tədqiqat aparan mütəxəssislər üçün faydalı mənbə olacağını və hazırlanan monoqrafiyanın il ərzində Özbəkistanda və Azərbaycanda təqdimatının keçiriləcəyini bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.