Bayramınız mübarək!
Ötən əsrin 60-cı illərin əvvəllərində “Ədəbiyyat” qəzetinin baş redaktoru işləyən Qasım Qasımzadə bir dəfə qəzetin bayram ərəfəsi buraxılışında “Novruz” başlıqlı məqalə verdirir. Buna görə onu danlamaq üçün MK-ya çağırırlar və ideoloji şöbənin müdiri nəzərinə çatdırır ki, həmin yazının qəzetdə dərci ona partiya töhməti ilə başa gələcək.
Q.Qasımzadə səbəbini soruşur, şöbə müdiri bayramın dini məzmununu qeyd edir və bunun sovet hökuməti ideologiyasına zidd olduğunu bildirir. Qasım müəllim etiraz edir ki, Novruz dini bayram deyil, milli bayramdır. Onu dostcasına danlayan məmuru da ərklə suala tutur “bəs sən yeni ili keçirəndə evində yolka bəzəmirsən, bəs bunun xristian dini ilə heç bir əlaqəsi yoxdur?” Deyir, “özün bil, partbiletinlə cavab verərsən”. Q.Qasımzadəyə partiya töhməti verirlər. Bir müddətdən sonra da vəzifəsindən gedir.
Yeri gəlmişkən, Qasım müəllimdən həmin məmurun kimliyini soruşmuşdum. Demə, o, “Novruz”a görə sonradan xalqımızın yaddaşına qəhrəman kimi yazılmış mərhum Şıxəli Qurbanov imiş, 50-ci illərin sonunda millətçiliklə damğalanıbmış, yəni başı belə məsələlərdə çox çəkdiyindən məsul olduğu ideoloji sahədə daha bir “yanlış”dan sığortalanmaq istəyibmiş. Ruhu şad olsun, xatirəsi əzizdir.
…Həmin hadisədən bir müddət ötür. Qasım müəllim Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunda çalışırmış. Azərbaycan KP MK-nın 1-ci katibi Vəli Axundovun qəbuluna gedir ki, işlərində maneçilik törədən həmin o töhməti sildirsin.
Ölkə rəhbəri onu hörmətlə qəbul edir. Respublikanın işlərindən söhbət salır, xeyli danışırlar. Söhbətin şirin yerində V.Axundov birdən qayıdır “xahiş edirəm, düzünü deyin, yazıçı dostlarınız mənim çıxışlarım barədə nə fikirdədirlər”. Qasım müəllim deyir “çıxışlarınızda rus xalqına minnətdarlıq ifadələrini həddindən artıq işlədirsiniz, yeganə xoşa gəlməyən budur, qalan məsələlər problem deyil”. V.Axundov “sizdən təvəqqem budur ki, dostlarınıza çatdırasınız, bunu deməsəm, yaxud az desəm, Moskva ilə problemlərimiz yaranar, büdcəmizi azaldarlar, çox mətləbləri yoluna qoymaqda çətinliklərimiz olar” deyir. Qasım müəllim ölkə başçısının bu sözlərini anlayışla qarşılayır. V.Axundov handan-hana soruşur “bəs nə məsələdən ötrü gəlmişdiniz”. Qasım müəllim aldığı töhmətin hələ də üstündə qaldığını bildirir. V.Axundov “boş şeydir, silərik gedər, əsas məsələ sənin vicdanla xalqına xidmət etməyindir” deyir. Mehribancasına ayrılırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.