"Uzun illər qürbətdə yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Bacardığım qədər Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin tədbirlərində mütamadi iştirak etmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında yazıların ölkə mətbuatında çap olunmasında xidmətlərim olub."- söyləyir...
Haqqında söhbət açdığım Ramiz Əmirli 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə sovet qoşunlarının sırasında Macarıstanda hərbi xidmətdə olub. Əsgəri xidmətdən sonra vətənə dönüb və Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarstanda yaşayır. Onu Macarıstana qaytaran bir macar qızına olan sevgisi olub. Qırx ilə yaxındır ki, orada yaşayır. İki oğl atasıdır…
Macarıstanda məskunlaşdığı ilk vaxtlar Varpalota Alminium zavodunda işləyib. 1993-cü ildə Budabeştə köçüblər. Elə o vaxtdan da böyük şirkətlərdən birində baş menecer vəzifəsində çalışır. 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni yaradanlardan biri olub və hazırda həmin təşkilatın prezidentidir. Bu cəmiyyətin xətti ilə çox işlər görüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…
Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları ilə görüşdürdüm. Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramilin azadlığa çıxması üçün il yarım vaxt sərf etdik. Bu işdə mənə bir nüfuzlu macar dostumun çox böyük köməyi dəydi və gördüyünüz kimi Ramil Səfərov artıq azadlıqdadır...”
Vətəndən uzaqda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Dəfələrlə Heydər Əliyev, İlham Əliyev, Recep Tayyip Erdoğan, Ahmet Davutoğlu və Mevlüt Çavuşoğlu ilə görüşüb. Dünya liderlərinin çoxunun tanıdığı Marius Vizerlə, Avropa Şurasında yüksək vəzifədə çalışmış, macar-rumın siyasi həyatında öz izini buraxmağı bacarmış məşhur Tökes Laszlo ilə, Macarıstanın tanınmış insanları olan Boross Gabor, Szarvas Attila, Borbala Obrusanszky, Jozsi Zoltan Marton və sairə kimi insanlarla dostluq edib...
O qədər sadə, təvazökar birisidir ki, onu həm Macarıstanda, həm də Azərbaycanda çox adam sevir. Yaxın dostu, Macarıstanın sabiq baş nazirinin oğlu Boross Gabor deyirmiş ki,- inanmaram ki, azərbaycanda ikinci bir insan tapılar ki, onu Ramiz qədər sevə bilək!
Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Qarabağ tezliklə işğaldan tam azad edilsin. Azərbaycan cəmiyyətinin yumruq kimi birləşməyini arzulayır…
Çox insanlara əl tutub. Macarıstanda 1500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub. Hətta bəzilərini evində də saxlayıb...
Martın 25-i bu xoşməramlı insanın 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayıram…
65 yaşınız mübarək, Ramiz müəllim!
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.