Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Qarabağ müharibəsi şəhidi, Azərbaycan bayrağı ordenli, kəşfiyyatçı Kərimov Ülfət Ələkbər oğlunun anım günü ilə bağlı tədbir keçirib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, torpaqlarımıza olan erməni təcavüzü zamanı vətənpərvər qəhraman oğullarımızdan biri olan Ülfət Kərimov yurd yerlərimizi qorumaq üçün qəhrəmanlıqla mübarizə aparıbdır. Erməni vandallarının törətdikləri qətliamlara, soyqırımlara, vəhşiliklərə dözə bilməyən qəhrəmanımız vətən yolunda canlarından keçərək şəhid olubdur . Tarixə II Qarabağ müharibəsi kimi düşən əzəli ata-baba torpaqlarımızın işğaldan azad olunması üçün keçirilən uğurlu hərbi əməliyyatlarla Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti nəticəsində işğal altındakı torpaqlarımız rəşadətli ordumuzun şücaəti və şəhidlərimizin qanı bahasına azad edildi. Sədr Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Şəhid Ülfət Kərimovun komandiri Polkovnik- leytenant Çingiz Əliyev, kəşviyyat bölüyünün komandiri Polkovnik-leytenant. Bəhram Ağakişiyev , döyüş yoldaşı tankçı Elşən Zamanov, Kəlbəcər rayon ziyalısı Əli Abdullayev, Dəlidağ qəzetinin baş redaktoru Namiq Dəlidağ çıxış edərək Üıfət Kərimovun qəhramanlığından keçdiyi şərəfli döyüş yolundan danışdılar. Qeyd etdilər ki, Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Sovet ordusunda xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdan igidimiz indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olurb. Vətənin dar günündə ürəyi vətən eşqi ilə vuran Ülfət Kərimov təhsilini yarımçıq qoyaraq könüllü şəkildə döyüşçülərin sırasına qatılıb. Erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə Ülfət cəsurluğu, qorxmazlığı ilə seçilirdi. Bölük komandiri- böyük serjant Ülfət Kərimov 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni və xeyli atıcı silah, hərbi sursatı qənimət kimi ələ keçirmiş və 22 qulduru məhv edib. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 3 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) qənimət kimi ələ keçirmiş və 2 ədəd tankını 70-dən artıq canlı qüvvəsini məhv edib. İkinci həmlədə isə əlbəyaxa vuruşaraq düşmənin 11 əsgərini və bir tabor komandirini əsir tutmuş, 15 nəfər erməni quldurunu məhv etmişdir.
Ülfət Kərimov Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən qeyri-bərabər döyüşlər zamanı əhalinin yaşayış məntəqəsini sağ-salamat tərk etməsinə nail olub. Döyüşdə yaralansada son nəfəsində də sayıqlığını itirməyib düşmənin zirehli texnika kalonuna qarşı döyüşmüş, qumbaratanla 1 tankını məhv etmiş, əlində qumbara ilə digər tankın üstünə çıxaraq qumbaranı tankın lyukundan içəri ataraq onu məhv etmişdir.Düşmən tankının üstündən tulanarkən düşmənə məxsus PDM tərəfindən atəş açılmış və Ülfət Kərimov yaralanmışdır. O yaralı halda əlində qumbara ilə ona yaxınlaşan düşmənə məxsus PDM-in altına tullanıb, onu partladaraq qəhrəmancasına şəhid olmuşdur. Ülfət Kərimov Vətənin müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Şəhidin anası Fatma xanım Kərimova bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz şirin canından keçən oğlum Ülfət Kərimov kimi qəhraman şəhidlərimizin ruhları indi şaddır. Qəhraman oğullarımızın igidliyi sayəsində torpaqlarımız işğaldan azad edildi və oğlumun qisası alındı. Bu gün Ülfət Kərimovun doğulduğu Kəlbəcər rayonu azaddır.
Ruhun şad olsun, Şəhidim!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.