Bulqeyis Sabir qızı Novruzova
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNKİŞAFI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADI VƏ SİYASİ FƏALİYYƏTİ İLƏ BAĞLIDIR
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki ictimai-siyasi quru¬luşda Azərbaycanın, o cümlədən Naxçıvanın inkişafında əvəzsiz rol oynamışdır. Onun öikəyə ləya¬qətlə rəhbərlik etdiyi dövrdə ölkənin nüfuzu yüksəklərə qalxmış, iqtisadiyyatı möhkəmlənmiş və inkişaf etmişdir. Sovet hakimiyyəti dövründə respublikamızın bütün sahələrdə ön sıralarda yer alması Ulu öndərin adı ilə bağlıdır. O, hələ bu dövrlərdən ölkəmizin gələcək dövlət müstə¬qilliyi üçün təməl yaratmış, sonrakı inkişaf yolunu müəy¬yən edərək,bu yolda inamlı addım¬larla yüksəklərə doğru addımlamasına nail olmuşdur.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının əldə etdi-yi uğurlar birbaşa Heydər Əliyev şəxsiyyəti və strategiyası ilə bağlıdır. Heydər Əliyev ilk dəfə hakimiyyətə gələn kimi çətin həyat şəraitində yaşayan muxtar respublikanın inkişafını təmin etmək üçün bir sıra göstərişlər verdi. Məhzonun göstərişinə əsasən IX beşillikdə Nax-çıvan MSSR-in xalq təsərrüfatının inkişaf planı işlənib hazırlandı və bu planın həyata keçiril-məsi nəticəsində qısa müddət ərzində muxtar respublikanın iqtisadi və sosial inkişafın¬da yüksək nəticələr əldə edildi, sənayenin inkişafı yeni vüsət aldı, həmin dövrdə Azərbaycanda istehsal edilən daş duzun, molibdenin, sink və qurğuşunun hamısı, mineral suların əsas hissə¬si, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə, mürəbbə konservləri¬nin böyük bir hissəsi muxtar respublikanın payına düşdü.
Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il iyul ayının 14-dən sonrakı dövr¬də ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geri¬də qalmış Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbər¬liyi ilə hazırlanmışAzərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə Qərarının mühüm rolu oldu. Qərardamuxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyul¬du və onların icra müddəti müəyyənləşdirildi.
Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində o, bütövlükdə respublikanın, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçı¬vanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. 1980-ci illərin əvvəllərində Naxçıvanda böyük sosial quruculuq işləri aparılmış, sənaye potensialı formalaşmış, bir sözlə, muxtar res¬publika öz inkişaf dövrünü yaşamışdır.
1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulmuşdur ki, bu da Naxçıvan Tütün Fermen-tasiya və Alıminium Qablar zavodlarının, Dəmir-beton Məmulatı zavodunun birinci növbə-si¬nin, Sirab Mineral Sular və iki şərab zavodlarının istifadəyə verilməsinə,Elektrotexnika və Avtotəmir zavodlarının təşkilinə, Ordubad Baramaaçan və Naxçıvan Tikiş fabriklərinin yenidən qurulmasına və genişləndirilməsinə imkan vermişdir.
Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1969-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olmuş və bu səfərlərin hər birindəNaxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilmişdir. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib isti¬fa-dəyə verilmiş, sənayeməhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderimiz ölkə başçısı olduğu illərdə də Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirilən quruculuq işlərinin və inkişaf konsepsiyasının həyata keçirilməsi nəticəsində fəaliyyətini dayandırmış sənaye müəssisələri yenidən işə salındı və yeni müəssisələr yaradıldı ki, bunun sayəsində də 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə, ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı.Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılı¬ğını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı,xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq və tərəf¬daşlıq münasibətləri yaradıldı.
Məhz bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bazar münasibət-ləri əsasında qurulması, kənddə aqrar islahatların, o cümlədən torpaq islahatlarının həyata keçirilməsi aqrar bölmənin sosial və sahə strukturunu yenidən formalaşdırdı. Qısa müddət ərzindəhəyata keçirilən keyfiyyət dəyişiklikləri nəticəsində istehsalın sabitləşməsi, məhsul istehsalının və məhsuldarlığın nəzərəçarpacaq dərəcədə yüksəlməsi, sahibkarlığın inkişafı, iş yerlərinin dinamik artımı təmin olundu, həmçinin aqrar sahədə vergi güzəştlərinin tətbiq olunması kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi.
Ulu Öndərin məqsədyönlü iqtisadi siyasətinin rqallaşdırılması2003-cü ildə muxtar respublikada Ümumi daxili məhsulunun həcminin 1993-cü ilə nisbətən 6,8 dəfə,əhalinin gəlir¬lərinin 10,5 dəfə artmasına və büdcə vəsaitlərinin həcminin yüksəlməsinə əhəmiyyətli təsir göstərmişdir.
Muxtar respublikada əlverişli investisiya mühitinin yaradılmasının nəticəsi olaraq 1993-2003-cü illər ərzində muxtar respublikada əsas kapitala 147 milyon 394 min manat həc¬mində investisiya yönəldilmişdir ki, bu da muxtar respublikada 15 inzibati binanın, 24 nasos stansiyasının, 135 subartezian quyusunun, 34 körpünün, 6 ticarət mərkəzinin, 60 elm və təhsil müəssisəsinin, o cümlədən 55 ümumtəhsil məktəbinin, 43 mədəniyyət obyektinin, 28 səhiyyə müəssisəsinin, 5 idman obyektinin, 123 istehsal və xidmət obyektinin tikilərək istifadəyə veril¬məsinə imkan verdi.
1993-2003-cü illər ərzində muxtar respublikada 21851 yeni iş yeri yaradıl¬maqlaməş-ğul¬luq səviyyəsinin yüksəlməsinə nail olundu. Bu da öz növbəsində əməkhaqla¬rı¬nın da artı-mına səbəb oldu, belə ki, 2003-cü ildə muxtar respublikada bir işçiyə hesablan¬mış orta aylıq əməkhaqqının məbləği 38,4 manat olmuşdur ki, bu da 1993-cü ildəki müvafiq göstəricidən 3 dəfə çoxdur. Eini zamanda əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş və əhalinin şəxsi vəsaiti hesabına 12,7 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Bütün bu nailiyyətlər böyük dövlət xadimi Heydər Əliyev siyasə¬tinin uğurlu nəticələ-rindəndir. Məhz Ulu Öndərimizin əsasını qoyduğu bu siyasətin davam etdirilməsiyaxın gələ-cəkdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaradacaqdır. Belə ki, Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaq, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük uğurlar əldə etməyə imkan verəcək. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Muxtar Respublikası Avropaya qapı olmaqla ölkəmiz üçün, ümumi-likdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkana çevriləcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.