Bəybala Mirzəyev:
Tarixə və şəxsiyyətlərə münasibətimiz haqda qeydlər...
Yaxın-uzaq tariximizin ən parlaq səhifələrindən biri də heç şübhəsiz ki, Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də yadelli qüvvələrdən (erməni daşnaklarından və rus-sovet bolşeviklərindən) azad edildiyi gündür.
Bəli, düz 105 il öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun paytaxtımızın erməni-bolşevik birləşmələrindən azad edilməsində xüsusi rolu olub. Azərbaycan könüllüləri ilə yanaşı, yüzlərlə türk əsgəri Bakının bağımsızlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Odur ki, 15 Sentyabr günü əslində Azərbaycan və Türkiyənin qardaşlıq və həmrəylik günüdür.
Bu şərəfli günü xatırlamaq hər birimiz üçün vacibdir.
Tarixçi alimlərimizdən birinin qeyd etdiyi kimi bu tarixi günün xatırlanması həm tarixin təcrübəsini öyrənmək, ibrət və dərs almaq, həm müasir dövrdəki vəziyyətimizə nəzər yetirmək, həm də gələcək yolumuz baxımından əhəmiyyətlidir. Həmin hadisənin böyük hərbi-siyasi, tarixi və mənəvi-psixoloji əhəmiyyətini dərk etmək üçün hər birimiz tariximizi yaxşı bilməliyik.
Bəli, məhz yaxşı bilməliyik, düzgün öyrənməliyik və obyektiv təbliğ etməliyik.
Tariximizin ayrı-ayrı epizodlarını kontekstdən çıxarıb, həmin dövrlərdə cərəyan etmiş prosesləri və o proseslərin iştirakçısı olmuş tarixi şəxsiyyətləri qaralamaq, barələrində qərəzli fikirlər səsləndirib onları gözdən salmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Qətiyyən olmaz!
Az öncə də söylədiyim kimi bir vətəndaş olaraq tariximizi hər kəsin yaxşı bilməsi vacibdir. Lakin tarixi prosesləri elmi cəhətdən tədqiq etmək, tədris etmək və təbliğ etmək isə hər kəsənin işi deyil.
Həmçinin müğənnilər də tarixi məsələlərə müdaxilə etməməlidir. Tarixçilər müğənnilərin işinə qarışmadığı kimi, müğənnilər də camaata tarixdən "mühazirə" oxumağa cəhd göstərməməlidir.
Tarix xüsusi sahədir, spesifik və elit sahədir, onunla diletantlar, populistlər, ucuz şöhrət axtaranlar məşğul olmamalıdır. Tarix həm də strateji sahədir. Daha doğrusu, tarix milli təhlükəsizlik məsələsidir.
Tarixi prosesləri, ümummilli əhəmiyyətli tarixi məsələləri peşəkar tarixçilərlə bərabər, yalnız filosoflar, sosioloqlar, arxeoloq və etnoqraflar, etnopsixoloqlar araşdıra bilərlər. Dilçi-folklorşünaslar, iqtisadiyyat tarixi üzrə mütəxəssislər, kulturoloqlar da tarixin müəyyən spesifik yönlərini tədqiq edə, öyrənə bilərlər. Lakin şoumenin, müğənninin, dizaynerin, rejissorun, bəstəkarın, hüquqşünasın, psixoloqun durub tarixçi kimi çıxışlar etməsi, onların ayrı-ayrı tarixi şəxsiyyətləri təftiş etməyə başlaması qətiyyən xoşagələn hal deyil.
Konkret olaraq Ənvər Paşa kimi, Nuru Paşa kimi böyük şəxsiyyətlər haqda nəsə danışmaq üçün isə ilk növbədə dərin bilik və milli baxış lazımdır.
Bizim Nuru Paşanı təftiş etmək yox, onun və 1000 nəfərdən çox Türk şəhidinin ruhuna dua etmək, onlara şükranlarımızı bildirmək kimi qaçınılmaz bir borcumuz var.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.