“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə şəhid Bəxtiyar Hüseynov haqqında oçerk təqdim edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yeni oçerk təqdim etdi.
Yazıçı oçerkdə 2016-cı ildə 03 aprel tarixində Talış-Goranboy döyüşlərində (düşmənlə təmas xəttində) şəhidlik zirvəsinə ucalan arzuları yarımçıq qalan, adı Bəxtiyar olub, özü bəxtiyar olmayan 21 yaşlı bir gəncin yarımçıq taleyinə ağladığını qeyd edir. O, təsadüfən Bəxtiyar Hüseynovun anası Afaq xanımla tanış olduğunu, onu dinlədikcə bu ananın səbrinə, dözümünə heyrət etdiyini yazır. Bəxtiyarın atası Rəfail Hüseynov və nənəsi Firəngiz xanımın bu ölümə dözə bilmədiyini ürək ağrısı ilə qələmə alan yazıçı “Ayrılıq insanları ayırır...”, bu ayrılıq isə Bəxtiyarın atasını, nənəsini ona qovuşdurdu deyərək fəryad edir.
Oçerkdə Gülarə Munisin Bəxtiyar Hüseynova həsr etdiyi şeir də oxuculara təqdim olunur.
Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla olunub.
Hal-hazırda doğulub boya-başa çatdığı küçə Bəxtiyar Hüseynovun adını daşıyır.
Ətraflı: https://bit.ly/3OZ9OdB
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.