Tərəfimizdən Sos nektoru kimi qeyd olunan qədim yaşayış yeri, Xocavənd rayonunun Sos kəndinin şərq hissəsində, meşə ilə örtülmüş konusvari təpənin üstündə yerləşir. Abidənin orta əsrlərə aid olduğu ğüman edilir. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan bu ərazidə son 30 ildə tədqiqat aparmaq mümkün olmamışdır.
Sos kəndi 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Rus “sülhməramlı”larının nəzarəti altında olan bu ərazidə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılmağa başlayıb.
2020-ci üçtərəfli bəyənatdan sonra dərhal Sos kəndində Arxeoloji qazıntılar aparmaq üçün Ermənistandan Xocavənd rayonunun Sos kəndinə ekspedisiya göndərildi. Ekspedisiyanın rəhbəri – tarix elmləri doktoru V. Səfəryan, memar – M. Titanyan orada indiyə qədər mütəmadi olaraq qazıntı işləri aparırlar. Hava şəraitindən asılı olaraq 2022-ci ilin noyabr ayından qazıntı işləri dayandırılsada, arxeoloji qazıntı işlərinin 2023-cü ildə davam edəcəyi əminliklə bildirilir.
Sos kəndi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. El arasındakı deyimlərə görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır.
Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər ruslar tərəfindən burada yerləşdirilmişdir. Qərbi Azərbaycanın Göyçə mahalında Sos, Laçın rayonunda Sus, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunda Nüsnüs kəndində Susdərə, Kəlbəcər rayonunda Susuzluq və başqa adlar ilə mənaca eynidir.
Bu tarixi torpaqlarımızda mədəniyyətimizin məhv edilməsinin qarşısının alınmasının vaxtıdır.
Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.