Bütün postsovet məkanında, habelə dünyanın rusdilli diasporalarında məşhur gürcü aktyor və müğənni Vaxtanq Kikabidze 84 yaşında dünyadan köçdü. Buba ləqəbli istedadlı sənətçi, son onillərdə nüfuzlu ictimai xadim kimi tanınan vətəndaş və ləyaqətli insan bizə böyük, rəngarəng bir irs və işıqlı iz qoyub getdi...
Çəkildiyi 30-a qədər film arasında ən məşhuru Danelianın "Mimino" filmidir, vaxtında tək kino həvəskarları yox, kinoteatrlara yolu ildə bir dəfə düşən adamların az qala hamısı ona baxmışdı, elə yalnız birinci il 25 milyon tamaşaçı. Ancaq Youtube-də beş ilə 15 milyon baxış yığıb.
Yaxşı yadıma gəlir, gəncliyimdə, hərbi sbor ərəfəsi, 1973-ün yayının əvvəlində ilk dəfə Tbilisiyə gedəndə, köhnə Tiflis məhəllərini, bahalı restoranları, məşhur xəngəlxanaları, küçələrini o vaxtkı dostum, tələbə yoldaşım Vaqif Sadıqovla gəzib-dolaşanda qulaqlarımda "Orera" ansamblının bu populyar mahnısı səslənirdi:
Если б девушки вдруг стали звездами прекрасными,
Над горами б заблистали вечерами ясными!
Мы б тогда не испугались трудностей технических,
На свиданья б добирались в кораблях космических!
Лалеби, лалеби, дивли далха лалеби,
На свиданья б добирались в кораблях космических!
O vaxt Vaxtanq Kikabidzenin baş rolda çəkildiyi "Не горюй" - "Qəm yemə" filminə baxsam da, üzdən tanısam da, adını bilsəm də xatırlamırdım, zümzümə elədiyimiz mahnının Vaxtanqın da oxuduğunu bilmirdim. Haradan biləydim ki, o "Orera"nın üzvüdür, hamı ilə birlikdə oxuyur? O vaxt Bubanın mahnıları, filmləri şöhrətini qabaqlayırdı, illər sonra əksinə oldu.
Пусть покорные вершины нам ложатся под ноги!
Пусть влюбленные мужчины совершают подвиги!
Не пугают нас преграды, в тучах кручи горные,
Нам любовь дана в награду за сердца упорные!
Лалеби, лалеби, дивли далха лалеби
Нам любовь дана в награду за сердца упорные!
2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Buba Kikabidze Rusiyada çox populyar olmağına və çoxsaylı dəvətlərə baxmayaraq qastrola getmədi, Putindən az əvvəl aldığı Rusiya "Xalqlar dostluğu" ordenindən imtina edərək geri qaytardı, bu mövqeyinə görə xeyli pul və alqış itirdi, amma gürcü mənliyini və milli qürurunu daha uca tutdu, dəyərləri puldan uca tutan insanlara bir örnək oldu, illər əvvəl oxuduğu mahnının sözlərini, doğruluğunu əməli, həyatıyla təsdiqlədi. Sənətdə də belə kişilər olur, var:
Пусть голова моя седа -
Зимы мне нечего пугаться,
Не только грусть мои года,
Мои года - моё богатство!..
İlləri arxada qoyub qocalandan sonra düşünürsən ki, ay Allah, Vaxtanq Kikabidzenin oxuduğu mahnı elə mənim haqqımdadır, həyatımı təsvir edir, mənim də saç-saqqalım ağardı, amma var-dövlət yığmadım, varım-dövlətim elə yazdıqlarım, bir də illərimdir...
Я часто время торопил,
Привык во все дела впрягаться,
Пускай я денег не скопил
Мои года - моё богатство
Vaxtanq Kikabidzenin şöhrət zirvəsi 1970-80-ci illərə tuş gəlib, filmlər, konsertlər, mərkəzi televiziyada çıxışlar, plastinkaları - valları. 1970-cilərin ortası ya ikinci yarısı idi, dəqiq yadımda deyil, bir dəfə Moskvanın mərkəzində, "Главтелеграф"ın qabağında onu gördüm. Kənarda dayanıb xeyli baxdım. Şıq geyinmiş, əynində bahalı dublönka, ayağında ən dəbli uzunboğaz çəkmə, dostlarının əhatəsində dayanıb söhbət edən aktyora küçədən ötənlərin, özəlliklə qızların maraq və simpatia dolu baxışları da nəzərimdən qaçmadı. Şöhrət belə olur ee, başqa nə cürə?..
Невозможно прожить без печали,
Но хочу я, друзья, пожелать -
Чтобы в радости вы забывали,
Что недавно пришлось горевать!
Я желаю вам друга такого,
Чтоб в тяжёлый, нерадостный час
Произнёс настоящее слово,
Что спасительным будет для вас.
Я хочу, чтобы песни звучали,
Чтоб вином наполнялся бокал,
Чтоб друг другу вы все пожелали
То, что я вам сейчас пожелал!
Amma şöhrət zirvəsi zamanla arxada qalsa da, Yotube-də rus dilində oxuduğu mahnıların dinlənilən audiotoplularından biri 3 milyondan çox baxış yığıb, "Mimino" filmindən "Çito-qrito" mahnısı da elə o qədər, başqaları da, milyon adamın baxdığı müsahibələri var. Özü də məsələ sayda deyil, əlbəttə, ona olan sevgi və sayğıda, pərəstişın dərəcəsindədir, o da boş yerdən yaranmır. Bütün linkləri şərhlərə atmışam. Müsiqi və sözlərini Bulat Okucava yazdığı bu mahnı 20 milyon baxış yığıb.
Виноградную косточку в теплую землю зарою
И лозу поцелую и спелые гроздья сорву
И друзей созову, на любовь свое сердце настрою,
А иначе зачем на земле этой грешной живу?
Собирайтесь-ка гости мои на мое угощенье,
Говорите мне прямо в лицо кем пред вами слыву!
Царь небесный отпустит прощение за прегрешенья,
А иначе зачем на земле этой грешной живу?
Mühacirətdə mahnılarını daha çox dinləyirəm, "Мы эмигранты" - "Öz ölkəmizdə mühacirik" mahnısını, amma ən sevdiyim mahnıları başqadır - "Я жизнь не тороплю", "Старики-разбойники", "Мои года", "Тамада (Пей до дна)", "Кавказская свадьба", "Виноградная косточка", "Приходит зрелость", "Тост", "Письмо другу". Bu mahnılarda düşüncə, ahıl bir adamın müdrikliyi, həyat fəlsəfəsi var, yaşlanmış Buba oxuyanda xüsusi bir dərinlik, məlahət gəlir üstünə. Nəzərə alsaq ki, bu dərinlik və müdrikliyi cavanlığında çılğın mimikası, dəlisov baxışları və hərəkətləri gürçü, Tiflis kintosu - qədeşi təsiri bağışlayan, rolunu oynayan Buba bizə çatdırır, özəl bir önəm kəsb etdiyi daha aydın olur.
Приходит зрелость и пора все понимать,
На все вопросы всем давать ответы,
... ... ... ... ... ....
А самому надеяться и ждать...
"Ay bəri bax, bəri bax!" Azərbaycan mahnısını da gözəl oxuyub, bizim melodilərin popurrisi də var. Bəs "Я пьян от любви" mahnısı? 1950-60-cı illərin Türkiyə və Fransa pop-starı, Dario Morenonun "Sərxoşum, ah!" mahnısıdır, türk dilində oxuyur, şirin ləhcə ilə. "Sərxoşum" necə populyar idi o illərdə...
Sərxoşum, ah! Düşünməkdən...
Öldüm bən, ah! Həp sevməkdən!...
Hər axşam vodka, rakı və şərab,
İçdikcə gəlir insan olur xarab,
Qurtar bəni bundan, nə olur, ya Rabb!
Böyük aktyor və müğənni uzun müddət Gürcüstanın, gürcü mədəniyyətinin, məlahətinin rəmzlərindən biri olub, məncə, qalacaq da...
Ruhun şad, məkanın cənnət olsun, ustad!
В Грузии умер актёр, певец, режиссёр и общественный деятель Вахтанг Кикабидзе. Ему было 84 года.
Вахтанг Кикабидзе, в 1980-м году получивший в Грузии звание народного артиста, стал широко известен по всему СССР в 1970-е годы благодаря своим ролям в фильмах Георгия Данелия, а также эстрадным выступлениям.
Со времён российско-грузинской войны 2008 года Кикабидзе не выступал в России.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.