HÜMBƏT QULİYEV:
İşıq və qaranlıq (pritça)
Bir gün bala işıq, ana işıqdan soruşur:- ana, insanlar qaranlıq haqda danışırlar, o nə olan şeydir?
Ana işıq cavab verir:- bala, qaranlıq insanların uydurmasıdır, qaranlıq adında heç nə yoxdur.
Mən də dəfələrlə eşitmişəm ki, hardasa qaranlıq var. Mən də o qaranlığı görmək üçün deyilən yerlərə dəfələrlə getmişəm, amma qaranlıq adında şey görməmişəm. Hara getmişəmsə, elə bizdən olan işıq görmüşəm.
İnsanlar cəfəng düşünməyi sevirlər.
Məsələn, mənim sevgi adlı dostum var, insanlar ona da deyiblər ki, haradasa nifrət deyilən şey var. O, nifrəti görmək üçün çox yerlərdə olub, amma heç yerdə nifrətə rast gəlməyib, hara gəlibsə, orada elə sevgi görüb.
Əziz işıqlı balam, sən də insanların uydurmasına inanma, sən heç vaxt qaranlıq görə bilməyəcəksən, çünki hara getsən özün kimi işıqlı, gözəl bir yerə düşəcəksən.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.