Qarabağın davamlı inkişafı üçün Qayıdış Könüllülərinin bacarıqları artırılır
8-12 avqust tarixlərində UNICEF-in Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə əməkdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsi çərçivəsində Qayıdış Könüllülərinə təlimlər həyata keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək olaraq işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsində, bərpa-quruculuq işlərində iştirak edən könüllü gənclərin zəruri bilik və bacarıqlarını artırmaq, həmçinin inkişafı istiqamətində fəaliyyətləri həyata keçirmək, onların yeni icmalara təhlükəsiz və rəvan şəkildə inteqrasiyasına kömək olmaqdır.
Layihənin ilkin mərhələsində bir qrup Qayıdış Könüllüsü peşəkar təlimçilərin iştirakı ilə “Komanda işinin qurulması və inkişafı”, “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) və “Əsas həyat bacarıqları” modulları üzrə 5 günlük təlimlərə cəlb edilib. Proqram çərçivəsində fəaliyyət göstərən “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qruplarından ibarət 20 nəfər gənc təlimlərdə iştirak edib.
Birinci modul üzrə keçirilən təlimlərdə könüllülərin komanda ilə işləmək bacarığının formalaşdırılması məqsədilə iştirakçılara “komanda işi ilə simulyasiya”, “stuativ komanda idarəedilməsi”, “vəzifələrin effektiv idarəsi üçün metodlar” mövzularında faydalı məlumatlar verilib, həmçinin öyrədilən biliklərin möhkəmləndirilməsi üçün qrup işləri və öyrədici oyunlar təşkil olunub.
İkinci modul üzrə keçirilən təlimlərdə könüllülər mina və müharibənin partlamamış qalıqları (MPQ) haqqında ümumi məlumatlar əldə edib, minalanmış ərazilərin əlamətləri, xəbərdaredici işarələr və təhlükəli ərazilərdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar. Eləcə də, iştirakçılara işğaldan azad edilmiş ərazilərdə hərəkət edərəkən mina və müharibənin partlayıcı qalıqlarına rast gəldikdə təhlükəsiz hərəkət tərzləri ətraflı izah olunub.
Təlimlərin son sessiyasında könüllülər “Əsas həyat bacarıqları” modulu üzrə stresin idarə edilməsi, müsbət düşünmə, dinləmə bacarıqları, şəxslərarası effektivlik, münasibətlərin idarə edilməsi, qərar qəbuletmə, kreativ düşünmə və icraetmə bacarıqları mövzularında zəruri biliklərə yiyələniblər. Həmçinin təlim zamanı müxtəlif praktiki tapşırıqlar, enercayzerlər və rollu oyunlar təşkil olunub.
Qeyd edək ki, layihə çərçivəsində tərəfdaş qurumlarla birlikdə Qayıdış Könüllülərindən ibarət növbəti qruplar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.