Əkbər Qoşalı:
Bayrağı düşmənə verməyən NATİQ QASIMOV
Natiq Səlim oğlu Qasımov (02.01.1971, Kiçik Qaramurad, Gədəbəy – 1992) Birinci Qarabağ müharibəsi döyüşçüsü… Onun mənsub olduğu dəstənin sonuncu önəmli tapşırığı Ağdamın Xramort kəndindəki strateji mövqeni - qədim Alban məbədini düşməndən alıb, əldə saxlamaqdı. Natiqgil verilən tapşırığı fədakarlıqla yerinə yetirir; lakin döyüşçülərə əlavə (zəruri) kömək yetişmir. Məbədi qoruyan dəstə üzvləri bir-bir şəhid olur. Komandir son nəfəsində Natiqə mövqeyi tərk etməmək əmrini verir. Beş gün ac-susuz və yuxusuz qalan gənc, ermənilərə təkbaşına görünməmiş dərəcədə dirənir, neçə işğalçını cəhənnəmə vasil edir. Onları məbədə yaxın buraxmır. Axırda erməni hərbçiləri hiyləgərlik edərək, əsir aldıqları Xocalı sakinini məbədə göndərir. - “Əgər təslim olsalar, Xocalıdan olan 22 qadın və uşağı azad edəcəyik”. - Məgər ermənilər böyük bir dəstə ilə döyüşdüklərini zənn edirmiş... Qədim məbəddən əlində üçrəngli Azərbaycan bayrağı tutan 21 yaşlı cəsur Vətən oğlu Natiqdən başqa kimsə çıxmadığını görüncə, aşağılıq işğalçılar daha da azğınlaşır…
Bəli, Natiq öz cavan ömrünü 22 Xocalılı qadın və uşağa bağışlayır, şüurlu şəkildə ölümə (ölümsüzlüyə!) gedir…
Ermənilərin onu diri-diri yandırdıqları yaxud doğradıqları deyilir.
Qanı yerdə qalmamışdır!
Əziz ruhu qarşısında dərin sayğılarla baş əyirəm!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.