Vüsalə Məmmədova:
Günün mübarək, Füzuli!
Yaxın bir qadın var, danışır ki, 80-lərin axırında bacısı Qafandan Füzuliyə gəlin köçüb. Böyük ailə, kənd yeri, həyət-baca, bitib-tükənməyən iş, körpələr… Sonra müharibə, köçkünlük, çadır şəhərciyi…
Axırda Sumqayıtdakı yataqxanaların birində özlərinə yer tapanda seviniblər. Bütün ömür o yataqxana şəraitsizliyində keçib… İndi bir neçə həftədir Füzuliyə köçüb. Qadın danışır ki, hər səhər yaşı 60-ı keçmiş bacımın halını soruşmaq üçün zəng edirəm, o elə hey eyni sözü deyir:
- Bacı, adamın öz evi, normal şəraiti olması nə gözəl imiş…
Məcburi köçkün həyatı elə bir məşəqqətdir ki, nə qədər izah etməyə çalışsan da, yaşamayan bilməz. Həyatında nə varsa zülmətdir… Ev dediyin otaqdan tutmuş, məktəb dediyin uçuq-sökük tikiliyə qədər… O günlər bir daha təkrarlanmasın.
Günün mübarək, Füzuli
Gününüz mübarək, Füzuli sakinləri!
P.S. Bu şəkli Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin gözoxşayan siniflərindən birində çəkdirmişəm. Şəraitsiz məcburi köçkün məktəblərində min bir əziyyətlə oxuyan və dərs keçən hər kəsin arzusu olub işıqlı sinif otağı… Bir neçə saatlıq Füzuli səfərimdə məktəbdən uzaqlaşmaq fürsətim olmadığı üçün bu şəkli paylaşıram.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.