Səfər Alışarlı:
BİR ADAM YOL GEDİR BİZDƏN UZAQDA
Böyük şair, böyük qardaş Məmməd İsmayılın doğum günüdür. Şairlik taleyin ən ağır yüklərindəndir. Yəni dünyada baş verən hər müşkülə görə ağrımaqdan, özünü hamıdan öncə günahkar bilməkdən böyük dərdmi, məşəqqətmi var?! Şərq əsl şairləri heç zaman sevməyib. Onların külliyatını və adını coğrafi mədəniyyət tarixindən çıxarsan, orada psixikası pozğun beş-on hökmdardan savayı heç nə qalmaz. Neçə ki, başda Nizami, Füzuli olmaqla şairlər etiraza qalxıb özlərini mədəniyyət tarixindən silməyiblər, Məmməd İsmayılın bənzərsiz poetik irsi Azərbaycan ədəbiyyatında yaşayacaq. O, səksən illik həyatında bir-iki şeir toplusundan və bir ovuc dostdan savayı heç nə qazanmayıb. Düşmənləri haqda nəsə deməyə xüsusi ehtiyac yoxdur: onlar qazanc deyil, onlar itki də deyil... Onlar izafət tərkibli həmin o Şərqdir. Əbədi və məğlubedilməz. Sadəcə, biz hərdən bunu başa düşmürük.
30 ildir yol gedir bizdən uzaqda. Hər addımda öz sənət məğlubiyyətindən bizə pay ayırır. Payın çox olsun, Məmməd İsmayıl! Yüzə nə qaldı ki?!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.