Məzarının üstünə gəlmişəm topa güllə,
Ehsanat gətirmişəm
təmiz, halal ətimdən...
Niyə məni dəlmədi sinəni dələn güllə?
Ölüb yerə girirəm indi xəcalətimdən...
Bağışla məni əsgər,
əsgər, məni bağışla!
Otuz il bundan öncə tarana getməliydim,
keşikçi durmalıydım Daşaltının qaşında.
Qoca-qaltaq yaşımda mən ölüb-itməliydim,
Niyə sən öldün axı, cavan-cahıl yasında? –
Bağışla məni əsgər,
əsgər, məni bağışla!
Yəqin varmış gözaltın...
bəlkə də heç yox imiş,
Ya bəlkə körpən qalıb evinin buşqağında.
Sümüyümü doğrayım, düzüm türbənə diş-diş,
Adına qala qurum xan Şuşa torpağından...
Bağışla məni əsgər,
əsgər, məni bağışla!
Qəlbi genişdi yurdum, bala qatar acını,
Bürüyər gül adını yaz gülünün ətrinə.
Qubadlı, Zəngilanın, Kəlbəcərin, Laçının,
Şuşa, Ağdam, Füzuli, Cəbrayılın xətrinə
bağışla məni əsgər,
əsgər, məni bağışla!
Nə üzlə diri gəzim... sən də orda uyu tək,
“Oğul!”,- deyib vaysınım, hərlənim dəli kimi?!
Ananın göz yaşını içim Kəbə suyutək,
Ruhunun ayağına döşənim xalı kimi...
Bağışla məni əsgər,
əsgər, məni bağışla!
Əksi-hücum
Hücum kafər xislətidi, əks-hücum ona cavab,
Qazilərin qismətidi, imtahandı əksi-hücum!
Püskürtüsü, qiyamıdı əsir Vətən toprağının!
Cana candı, qana qandı, şərəf-şandı əks-hücum!
Haqq nazilir, qadir Allah, qoymur sapı üzülməyə.
Yaradandan yaranana ərmağandı əksi-hücum!
Baş vurmaqdı qan gölünə, qanlı köynək yalamaqdı!
Yurd yolunda şəhid olan min-min candı əks-hücum!
Adı bizdən, südü murdar, leş üstünə leşi düşən
sərkisyandı, köçəryandı, adamyandı əks-hücum!
Azğın burnu, yastı başı əzən dəmir yumruqdu o!
Qəfil qalxan qasırğadi, dəhşət andı əks-hücum!
Şah Şuşanın dik başına mavi, yaşıl, alqırmızı
bayraq sancan yenilməz türk, müsəlmandı əks-hücum!
Vaqif Bəhmənli, "Azərbaycan" jurnalı, 2022-ci il, dekabr sayı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.