Böyük şəhərlərə rəhbərlik etmək çox çətindir. Sosial problemlər, sakinlərin tükənib bitməyən tələb və istəkləri, eləcə də müxtəlif gündəlik qayğılar başçıdan böyük enerji, səbr tələb edir. Necə deyərlər, harada insan faktoru varsa, orada problem də yetərincədir...
Yadıma hansısa müdikin bir kəlamı düşdü- "İnsanlar üç cür olurlar: “bilir ki, bilir"-lər, "bilir ki, bilmir"-lər, "bilmir ki, bilmir"-lər". Rəhbərdən isə bu insanların hamısını razı salmaq tələb edilir…
O, Laçında, ucqar bir dağ kəndində doğulsa da, ömrünün böyük hissəsi Simqayıtla bağlıdr. Bu şəhərin hər yerinə, hər üzünə yaxşı bələddir. Adi bir işdən icra başçısı vəzifəsinədək yol keçib. Zərrə-zərrə hörmət qazanıb, addım-addım irəliləyib…
Mənim ondan asılı heç bir işim yoxdur, amma Sumqayıtda doğulub böyüyən, sıradan bir sakin kimi, onun doğma şəhərimiz üçün etdiklərini, ömrünün bu əlamətdar günündə dəyərləndirməyə bilmərəm…
Sumqayıt çox rəhbərlər yola salıb, hər birindən bir iz qalıb, bu şəhərdə. Amma bu şəhər üçün daha çox iş görən iki başçı olub- Kamran Hüseynov və Zakir Fərəcov…
Demirəm ki, Sumqayıt problemsiz, ideal şəhərdir. Hər bir yaşayış yerinin özünəməxsus problemləri olduğu kimi, əlbəttə ki, bizim şəhər də problemsiz deyil. ABŞ-ın bir sıra ştatlarını gəzib dolaşan bir insan kimi, əminliklə iddia edə bilərəm ki, olduğum yerlərdə bu gün Sumqayıtdakı dənizkənarı bulvar gözəlliyində heç bir istirahət guşəsi görməmişəm. Yeni tikilən "Poeziya evi", "Muğam mərkəzi", eləcə də bir sıra binalar onun adıyla bağlıdır...
Nə isə, çox danışmaq istəmirəm, Mən də həmşəhərlilərimin təbriklərinə qoşulub Zakir Fərəcovu 69 yaşı münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram. Kim nə deyir desin, Zakir Fərəcov Sumqayıtın tarixində həmişə yaşayacaq…
Hörmətlə, Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.