Ermənilər Cəbrayılda tarixi abidələri nə üçün məhv edib? - -FOTO=1

Ermənilər Cəbrayılda tarixi abidələri nə üçün məhv edib? -FOTO=1

Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi “Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum olub.

 

 Qeyd edək ki, bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb.

Məlumatda Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətini Azərbaycanın digər işğal altında olan torpaqlarında davam etdirdiyi bildirilir.

“Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !