Faiq İsmayılov:
Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur
1992-ci il işğalına qədər, Laçın rayonu ərazisində daş fiqurlar, sujet xarakterli oymalar kifayət qədər böyük sayda olmuşdu. Rayonun Cicimli, Güləbird, Zeyvə, Malıbəy, Bülövlük, Araflı, Əliqulu-uşağı, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Minkənd, Kürdhacı, Zabux və digər kəndlərində daşdan yonulmuş 32 qoç, 28 at fiquru, 36 müxtəlif süjet xarakterli daş oymalar, 30 sənduqə, yazı və rəsmlərlə əhatələnən bir-bırlərinə bənzəməyən müxtəlif fiqurlar, 50 oğuz-türk sənət rəmzləri həkk olunmuş qəbirüstü daşlar və nişan daşları mövcud idi.
İllər boyu şəxsiyətə pərəstiş dövrünün sərt qanunları və ərazi iddiasında olan erməni-daşnak ünsürləri tərəfindən bu abidələr də zaman-zaman böyük dağıntılara və təlafatlara məruz qalmışdı. Tariximizin və mədəniyyətimizin məhvinə yönəlmiş bu tədbirlər dövrümüzə qədər davam etmişdir.
Təbiətin füsunkar gözəlliyi ilə səslənən çox nadir sənət nümunələrindən sayılan incə zövqə cızma və qabartma üsulları ilə işlənmiş daş abidələr, o cümlədən qəbir daşları, at və qoç fıqurları habelə stellalar, süjet xarakterli oymaların bir çoxu dövrümüzə qədər, öz gözəlliyini qoruyuib saxlamışdır. Onların bir çoxu haqqında mötəbər mənbələrdə mütəxəssis rəyləri, alim fıkirləri, söylənilmişdir.
Buna missal olaraq "Elm və həyat" jurnalının (1972-ci il №7) sayını, Gənclik nəşriyyatı tərəfındən buraxılmış sənətşünaslıq doktoru R. Əfəndiyevin "Daşlar danışır" kitabını və s. misal göstərmək olar. Burada Zabux kəndi yaxınlığında Sümüklü qəbiristanlığı. Soltanlar (Hüsülü) və Seyidlər kənd qəbristanlıqlarındakı at və qoç fiqurlarını, Cicimli kəndi yaxınlığındaki Məlik Əjdər türbələrinin rəsmlərini və s. aid göstərmək olar.
Lakin indiyə qədər Laçın ərazisinin işğalı səbəbindən qeydə alınmamış, tətbiq olunmamış 350-dən çox tarix və mədəniyyət abidələri mövcuddur. Bu abidələrin hər birinin üzərində və onların dayandıqları yerin mədəni qatlarında tariximizin hələ neçə-neçə açılmamış səhifələri yatır. Məhz bu baxımdan bu daş abidələri (tədqiq olunmamış, arxeoloji kəşfiyyat aparılmamış) bir yerdən başqa yerə daşımaq (səbəbi nə olursa-olsun) yolverilməzdir.
Lakin təsüflər olsun ki qələbəmizdən sonar Laçın şəhərininin bərpası zamanı Laçın ərazilərindən 70-dən çox at qoç heykəlləri, müxtəlif növ fiqurlar, sənduqələr, sujet xarakterli oymalar, dəyirman daşları, su novu toplanaraq Laçın şəhərinin mərkəzində keçmiş yun idarəsinin həyətinə tökülmüşdür. Abidələrin toplanmasında qeyri-peşəkarlıq bu abidələrinin bir çoxunun sınmasına və zədələnməsinə şərait yaratmışdır. Beləki, daşlar özü boşaldan maşından texniki qaydada boşaldıldığından bir birini zədələmiş, qoç fiqurunun birinin başı qopmuş, atın birinin ayağı sınmış və s.
Bəlkədə xeyirxah məqsəd kimi düşünülən bu tədbir, tariximizin və mədəniyyətimizin öyrənilməsinə ciddi zərbə vurmuşdur. Bu nöqsanları aradan qaldırmaq üçün təcili olaraq daşların götürüldüyü yerlərə lövhələr vurulmalı, AMEA Tarix, Arxeologiya və Memarlıq İnstitutlarının əməkdaşlarından ibarət tədqiqat komisiyası yaradılmalı və daşların götürüldüyü ərazilərdə arxeoloji tədqiqatların aparılmasına şərait yaradılmalıdır.
İşğal dövrü ermənilər tərəfindən texkiki vasitələrlə yonulmuş 10 ədəd at və qoç fiqurları da bu abidələrin içərisinə qatılmışdır. Erməni tarixində at və qoç fiqurlarının onlara məxsus olmadığı məlumdur. Lakin onlar at qoç fiqurlarına oxşar fiqurlar yonaraq üzərində erməni elementləri yerləşdirməklə bu tipli abidələrimizə də şərik çıxmağa çalışıblar.
Heç bir tarixi əhəmiyyəti və bədii həlli olmadığı üçün bu daşlar abidələrimizin arasından götürülərək ya ləğv edilməli, yada üzərlərindəki erməni elementləri silinərək, bağ və ya parkların abadlaşdırılmasında bəzək əşyası kimi istifadə edilməlidir. Ermənilərin yonduğu bu daşlar Azərbaycanın tarix və mədəniyyət abidələri kimi təbliğ edilə bilməz.
Ermənilər tərəfindən düzəldilən bu fiqurlar Azərbaycanın bəlli tarixinin nümunələri kimi təbliğ edilə bilməz.
Ermənilər tərəfindən yonulan fiqurların üzərlərindəki ermənilərə məxsus elementlər silinib, yeni qurulan bağ və ya parklarda bəzək əşyası kimi istifadə oluna bilər.
Laçının tarixinə şahidlik edən binaların Konservasiya edilməsi təqdirəlayiq haldır.
Laçının işğalı Azərbaycanın müstəqillik dövrünün ilk illərinə düşdüyünə görə Laçın ərazilərindəki 350 tarix və mədəniyyət abidələrinin 280-nin Dövlət qeydiyyatından kənarda qalması təbii qarşılanmalıdır. Lakin qeydiyyatda olub-olmamasından asılı olmayaraq, Laçın ərazilərindəki tariximizə şahidlik edən bütün kateqoriyadan olan mədəni-irs nümunələri qorunmalı və bərpa olunmalıdır.
Xalqın mədəni-irsinin saxlanması, mədəni dəyərlərinin, adət-ənənələrinin yaşadılnmasına xidmət edəcəkdir. Bu baxımdan Laçın şəhərinin tarixinə şahidlik edən inzibati binaların və yaşayış evlərinin indiki vəziyyətdə konservasiya edilməsi təqdirəlayiq hadisədir, alqışlanmalıdır. Lakin belə nəcib bir işin gedişində bəzi nüansların unudulması, gələcəkdə abidənin tamamilə uçulub sıradan çıxa bilər.
Buna missal olaraq Laçın şəhərində Bayraq meydanının sol tərəfindəki birmərtəbəli bina yüksək səviyyədə Konservasiya olunub, lakin binanın arxa tərəfindəki giriş qapısı bağlanmadığından, sel suları bu qapıdan binaya dolaraq, binanın içərisini tullantılarla doldurub. Sel sularının girişinin qarşısı alınmalıdır.
Tarixi əhəmiyyətli binaların konservasiyası yüksək səviyyədə aparılır.
Sel suları konservasiya olunmiş binaya daxil olaraq binanın içərisini tullantılarla doldurub.Selin binaya dolmasının qarşısının alınması üçün tədbirlər görülməlidir.
İşğal dövrü erməni separatçılar Sovet dövrü hərbi komissarlıq kimi fəaliyyət göstərən tarixi əhəmiyyətli binanın qarşısına torpaq tökərək binanın qarşı divarını bir neçə metr torpaq altında qoyublar. Bu abidəyə müdaxilədir.Binanın ön divarını qarşısına tökülən torpaq təmizlənməlidir.
Laçının iki bulaq monumental abidə üzərində erməni izləri qalır.
İşğal dövrü tarix və mədəniyyət abidələrinə erməni separatçıları tərəfindən edilmiş müdaxilələrin tamamilə aradan qaldırılması xeyli vaxt tələb edəcək. Ermənilər bir zamanlar işğal altında saxladıqları ərazilərdə 50-dən çox Alban dövrü abidələrin xarici interyerini dəyişdirərək abidələri mənimsəməyə çalışıblar.
Bu baxımdan Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan monastrı, Mirik kəndindəki bazilika, Minkənd kəndindəki məbəd, Hoçaz kəndindəki sovməyə də müdaxilələr edilərək, abidələrin xarici interyerləri tanınmaz dərəcədə dəyişdirilib. Bu dəyişikliklər yalnız memarlıq abidələr üzərində deyil digər monumental abidələrdədə özünü göstərmişdi.
Bu dəyişikliklərdən Laçın şəhərindəki monumental bulaq abidələr də istisna deyildi. Odur ki Laçın bulaqlarının da üzərində dəyişikliklərin şahidi olduq. Bütün bu dəyişikliklərin aradan qaldırılması Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında, Mədəniyyət Nazirliyinin müvafiq qrumları tərəfindən aradan qaldırılıb yenilənməlidir.
Abidə, Laçın şəhərindəki Bayraq Meydanının yanında el arasında “şəhərin başı” deyilən ərazidə yerləşir. İşğal dövrü ermənilər abidənin ön hissəsinə bərabərtərəfli xaçın ilk versiyasını və erməni əmək vərdişinin rəmzi kimi üzüm salxımları yerləşdiriblər. 1. Üzüm Laçın təbiəti üçün xarakterik bitki deyil. Rayon ərazisində xristian əhali yaşamayıb. 2. Ermənilər bu erməni versiyası abidənin xristianlara yəni ermənilərə məxsusluğunu diqqətə çatdırmağa çalışıblar.
Bu Monumental qurğu Həkəri çayından, Laçın şəhərinə qalxan yolun birinci döngəsində maşın təmiri sexinin yanında yerləşir. Abidənin üzərindəki erməni elementləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında, Mədəniyyət Nazirliyinin müvafiq qrumları tərəfindən aradan qaldırılıb yenilənməlidir.
Abidələrə müdaxilə qanunla yolverilməz hesab edilir.
13 iyun 1998-ci il tarixli, № 725 saylı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tarix və mədəniyyət abidələrinə müdaxilə yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədə Qələbəmizdən sonar Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və quruculuq işləri zamanı, abidələrin bərpasında onların əzəli görkəminin qorunub saxlanmasının vacibliyini öz çıxışlarında dəfələrlə vurğulamışdır.
Odur ki, abidənin bərpası zamanı abidəyə əlavələr etmək, görünüşünü dəyişmək, sökmək, üzərindəki elementləri itirmək və müxtəlif boyalarla rəngləmək abirəyə müdaxilədir və bu qanunla qadağandır.
Məlumdur ki Laçın Şəhərinin salınmasına 1924-cü ildə qərar verilmişdir. O, dövrdə tikilən bütün tikinti və qurğular qeydiyyatda olub-olmamasından asılı olmayaraq Laçın şəhərinin yaranma tarixi ilə bağlıdır, onların hamısı qorunmalı, mühafizə edilməlidir.
Lakin Laçın şəhərinin yenidən qurulması zamanı, şəhərin tarixi əhəmiyyətli binalarına kobud müdaxilələr qeydə alınmışdır. Bu binaların ətrafına əlavələr edilməsi, hətta üzərinə ikinci mərtəbənin tikilməsi halları baş verməkdədir.
Bu tarixi əhəmiyyətli binanın nəinki ətrafına əlavələr edilmiş, hətta üzərinə ikinci mərtəbə də tikilib.
Bu abidənin də üzərində ikinci mərtəbə tikilir. Abidənin bu yükə dözə bilməsi isə sual yaradır.
Faiq İsmayılov
AMEA Tarix və Etmologiya İnstitunun əməkdaşı
Avroasiya Beynəlxalq Memarlar Akademiyasının fəxri professoru
Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.