Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada -

Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada

Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınadılar

12 ali təhsil müəssisəsindən 48 tələbənin iştirak edəcəyi “Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada” 23 aprel tarixi saat 15.00-da “PARK İNN” mehmanxanasının “Dan ulduzu” zalında gerçəkləşdi. Olimpiadanın özəlliyi mübarizəyə Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin qatılmasıdır. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə apardılar.

 

 

Tədbirin keçirilməsində əsas məqsəd-respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.

 

Yarışmada BDU, Neft Aademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak edti.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !