Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa -

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa oynayacaq. Bu tamaşalardan biri M.F.Axundzadənin «Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur» komediyası əsasında hazırlanan tamaşadır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan, görkəmli ədib M.F.Axundovun 200 illik yubileyinə həsr olunmuş tamaşanın premyerası cari ilin əvvəllərinə keçirilib.
«Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur» adlı iki hissəli komediyanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Tamaşada Xalq Artisti Pərvanə Qurbanova (Şəhrəbanu xanım), Əməkdar Artist İlham Hüseynov (Müsyö Jordan), aktyorlar Eldəniz Tağıyev (Hatəmxan ağa), Elxan Abbasov (Dərviş Məstəli şah), Günay Verdiyeva (Şərəfnisə), Ləman Yusibova (Gülçöhrə), Elşad Əhmədov (Şahbaz bəy), Rəhilə Məmmədova (Xanpəri) və Rauf Hüseynov (Qulaməli) çıxış edirlər.
Rejissor Gümrah Ömərin sözlərinə görə, o, tamaşanı dünyaya inteqrasiya prosesi və bu yolda mövcud olan əngəllər, Azərbaycan ailəsinin konservativ strukturu, milli adət-ənənələr və dünyəvilik kimi ideyalar üzərində qurub. «Mən bu tamaşada faktı konstatasiya etmişəm və qəti ehkamlar irəli sürməkdən çəkinməyə çalışmışam. Bəli, Azərbaycan ailəsində, həqiqətən də, yararsız, köhnəlmiş ənənələr az deyil. Amma bu gün qloballaşma devizi altında itirdiyimiz bir çox gözəl dəyərlər də var. Hatəmxan ağanın ailəsi Şahbaz bəyin Parisə getməyinə hər cür vasitə ilə mane olurlar. Onların seçdiyi vasitələrdən avamlıqları və cəhalətləri gün kimi aydın olur. Amma bəlkə də bütün baş verənlər yaxşılığa doğrudur». Tamaşa 30 aprel saat 20.00-da nümayiş olunacaq.
Bakıda nümayiş olunacaq ikinci tamaşa N.V.Qoqolun «Evlənmə» pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəridir. Qətiyyən inanılması mümkün olmayan bir hadisənin (tamaşanın janrı məhz belə təyin olunub) quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları Xalq Artisti Alim Məmmədov (Qayğanaq), Əməkdar Artist İlham Hüseynov (Podkolyosin), aktyorlar Zəminə Cəfərova (Aqafya), Elxan Abbasov (Koçkaryov), Şəlalə Rüstəmova (Fyokla), Novruz Cəfərov (Jevakin), Rauf Hüseynov (Anuçkin) və Samir Abbasov (Stepan, Starikov) ifa edirlər. Tamaşa dövlət sifarişi üsulu ilə hazırlanıb. Bakı tamaşaçıları bu səhnə əsərinə 1 may tarixində, saat 19.00-da tamaşa edə biləcəklər.

***

 Uzun illik fasilədən sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəvəti və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi əsasında iki tamaşa ilə Bakıya qastrol səfərinə gəlmişdir. Bizim teatrın səhnəsində artıq bu tamaşalardan biri- M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah cadükuni-məşhur” komediyası oynanılmış və böyük maraqla qarşılanmışdır. Bu gün isə teatrın kollektivi ikinci tamaşanı- N.V.Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsərini təqdim edəcəkdir.
AzərTAc xəbər verir ki, bu sözləri mayın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında bu teatrın direktoru İsrafil İsrafilov demişdir.
İsrafil İsrafilov daha sonra demişdir ki, ölkəmizdə reallaşan layihələr çərçivəsində son illər bölgələrdə fəaliyyət göstərən teatrlarımızda da böyük yeniləşmə, inkişaf özünü göstərməkdədir. Məhz bunun nəticəsidir ki, bölgə teatrlarının binaları əsaslı təmir olunur, maddi-texniki təchizatı yeniləşir və bu teatrların yaradıcı kollektivləri həm ölkədaxili, həm də xarici ölkələrdə qastrol səfərlərində olurlar.
İ.İsrafilov bildirmişdir ki, biz belə qarşılıqlı səfərlərin bundan sonra da davamlı olmasına çalışacağıq.
Tədbirdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, baş rejissoru Gümrah Ömər və rejissoru Vaqif Şərifov çıxış edərək teatrın keçdiyi şərəfli inkişaf yolundan, qazandığı uğurlardan və həyata keçirəcəyi layihələrdən geniş söhbət açmışlar. Bildirilmişdir ki, bu il teatr özünün 117-ci teatr mövsümünü yaşayır. Ötən müddət ərzində bir çox uğurlara imza atmış bu mədəniyyət ocağı hazırda yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Vurğulanmışdır ki, cari il ərzində Gəncə Dövlət Dram Teatrı Türkiyəyə və Rusiya Federasiyasının Başqırdıstan Respublikasına qastrol səfərlərində olacaqdır.
Natiqlər teatrda hazırlanan yeni tamaşalar, gənc aktyorların bu sənət məbədinə cəlb edilməsi, tamaşaçıların teatrda hazırlanan yeni səhnə əsərlərinə marağının artırılması istiqamətində görülən işlərdən də söz açmışlar.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Bakıya qastrol səfəri çərçivəsində mayın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində növbəti tamaşasını təqdim etmişdir.
AzərTAc xəbər verir ki, teatrın yaradıcı kollektivinin növbəti tamaşası N.V.Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəri olmuşdur.
Qətiyyən inanılması mümkün olmayan bir hadisənin (tamaşanın janrı məhz belə təyin olunub) quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.
Tamaşada əsas rolları Xalq Artisti Alim Məmmədov, Əməkdar Artist İlham Hüseynov, aktyorlar Zəminə Cəfərova, Elxan Abbasov, Şəlalə Rüstəmova və başqaları ifa etmişlər.
Dövlət sifarişi ilə hazırlanmış tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !