Öz məşəlini alovlandır! Eurovision-2012 mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacaq küçə və prospektlərin adları açıqlanmışdır -

“Öz məşəlini alovlandır!” “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacaq küçə və prospektlərin adları açıqlanmışdır

“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacaq küçə və prospektlərin adları açıqlanmışdır

 “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq küçə və prospektlərin adları açıqlanmışdır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzərTAc-a bildirmişdir ki, mayın 19-dan 28-dək avtomobillər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə buraxılmayacaqdır. Avtomobillər digər kənar yollarla Bakıya daxil ola biləcəklər. Həmçinin 20-ci sahədən Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti 20-ci sahə dairəsindən Badamdar qəsəbəsinə istiqamətləndiriləcəkdir.
Bundan əlavə, Bayıl qəsəbəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. Burada avtomobillər Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə “Dağüstü Park” yolu ilə Parlament prospekti istiqamətinə yönəldiləcəkdir.
Daha sonra Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. Eyni zamanda, Niyazi küçəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq hərəkət Niyazi küçəsindən sola, İstiqlaliyyət küçəsinə yönəldiləcəkdir. İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. Eyni zamanda, Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Yusif Səfərov, Afiyəddin Cəlilov küçəsinin kəsişmələrindən Üzeyir Hacıbəyli küçəsinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə nəqliyyat vasitələrinin hərəkəti Təbriz küçəsinə yönəldiləcəkdir.
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar tədbir iştirakçılarının daşınması üçün paytaxtda 5 məntəqə yaradılmışdır. Bunlar Səməd Vurğun parkının yanında, Azadlıq meydanında, Muzey Mərkəzinin ətrafında, “Azneft” dairəsində, “Dalğa Plaza”nın yanında yaradılan məntəqələrdir. Həmin məntəqələrdən avtobuslar tədbir iştirakçılarını daşıyacaqdır.
Tədbirin keçiriləcəyi yerin yaxınlarında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edərək bildirir ki, “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək istəyənlər öz şəxsi maşınlarından istifadə etməsinlər və həmin məntəqələrə gələrək avtobusların xidmətindən yararlansınlar və yaxud Dənizkənarı Milli Parkın yeni tikilən hissəsi ilə piyada getsinlər.

***

“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar “Baku Crystal Hall”un yerləşdiyi inzibati əraziyə bitişik küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqdır


 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, “Baku Crystal Hall”un yerləşdiyi inzibati əraziyə bitişik küçə və yollardan, xüsusilə Dövlət Bayrağı Meydanından Dənizkənarı Milli Park boyu Nobel prospektinədək, Neftçilər prospektinə kəsişən və ona paralel Ü.Hacıbəyli, Z.Əliyeva, R.Rza, R.Behbudov, Niyazi küçələri, Bülbül, Azadlıq prospektləri istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, mayın 13-dən tədbir başa çatanadək gün ərzində paytaxt ərazisində yük avtomobillərinin hərəkətinə tam məhdudiyyət qoyulmaqla Bakı-Salyan yolunun 14-cü kilometrindən-3-cü Kənar Dairəvi Yol istiqamətinə, 20-ci sahə dairəsindən-Badamdar qəsəbəsi istiqamətinə, Bayıl qəsəbəsindən –Xanlar küçəsi ilə Dağüstü Park istiqamətinə, A.Cəlilov-Y.Səfərov küçələri kəsişməsindən-H.Əliyev prospekti istiqamətinə, 28 May-Y.Səfərov küçələri kəsişməsindən R.Behbudov küçəsi istiqamətinə, Azadlıq prospekti-28 May küçələri kəsişməsindən Ü.Hacıbəyli küçəsi istiqamətinə, Bülbül prospekti-Nizami küçəsi kəsişməsindən R.Behbudov küçəsi istiqamətinə, T.Elçin-M.Hüseyin küçələri kəsişməsindən Ş.Şamil küçəsi istiqamətinə, Ş.Şamil-İstiqlaliyyət küçələrinin kəsişməsindən Azərbaycan küçəsi istiqamətinə, Qoşa qala qapısı Gənclər meydanından 5 mərtəbə dairəsi istiqamətinə, Parlament prospekti-M.Hüseyn küçəsi, Parlament prospekti-M.Müşviq küçəsi kəsişmələrindən, Nərimanov prospekti-M.Müşviq küçəsi kəsişməsindən, Heydər Əliyev Mərkəzi yanından Təbriz küçəsi istiqamətinə minik avtomobillərinin hərəkət sxemi müəyyənləşdirilmişdir.
“Eurovision-2012” mahnı müsabiqəsinin tamaşaçılarının S.Vurğun parkı (“Azərbaycan Dövlət Dəmir Yollları” QSC-nin yanından), Azadlıq meydanından (Hökumət evi), Neftçilər prospekti Muzey Mərkəzi qarşısından, “Azneft” meydanından, “Dalğa Plaza”nın yanından xüsusi ayrılmış avtobuslarla daşınması təmin ediləcəkdir.
Göstərilmiş istiqamətlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq nəqliyyat sıxlığının yaranmaması üçün əhalidən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən istifadə etmədən ictimai nəqliyyat vasitələrində hərəkətə üstünlük versin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !