Mənim Avropam sərgisi -

Mənim Avropam sərgisi

1 iyun 13:00-da Park Bulvar Ticarət mərkəzində "Mənim Avropam" adlı sərginin qalibləri təntənəli şəkildə elan edildi. Aprel ayından may ayına qədər davam edən bu müsabiqədə 6 -14 yaş arası yüzdən artıq uşaq iştirak iştirak edib. Qliblər: Əminə Əlibəyli, Abdulla Axundov, Nərminə Qurbanova, Miladi Quluzadə. Müsabiqənin ən gənc iştirakçısı Ülviyyə Məmmədova xüsusi mükafata layiq görülüb. Daha 5 iştirakçı beş nominasiyada fərqlənib. Sərgi 7 iyuna qədər davam edəcək.

***

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə keçirilən “Mənim Avropam” uşaq şəkilləri müsabiqəsinə yekun vurmuşdur.
AzərTAc xəbər verir ki, müsabiqədə 5-14 yaşlarında yüzdən çox uşaq iştirak etmişdir. Qaliblər 6-10 və 11-14 yaş kateqoriyalarında müəyyən edilmişlər.
Avropa İttifaqının Azərbaycancandakı nümayəndəliyinin rəhbəri Roland Kobia uşaqları Azərbaycan dilində salamlayaraq demişdir ki, bu gün biz belə istedadlı uşaqların böyüdüyü Azərbaycanın nə qədər zəngin olmasını bir daha gördük.
O, uşaq rəsmləri müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim etmişdir.
Kiçik yaş qrupunda birinci yeri Azərbaycanın tanınmış rəssamı Maral Rəhmanzadənin nəvəsi Əminə Əlibəyli tutmuşdur. Ona hədiyyə olaraq iPad təqdim olunmuşdur. İkinci yeri tutmuş Miladi Quluzadəyə ipod hədiyyə edilmişdir.
Müsabiqənin ən kiçik iştirakçısı, beş yaşlı Ülviyyə Məmmədova xüsusi mükafata layiq görülmüşdür. Daha on balaca rəssam beş nominasiyanın qalibi olmuşdur. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar və Aİ nümayəndəliyinin xatirə hədiyyələri təqdim edilmişdir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Bakı Müasir İncəsənət Mərkəzinin direktoru Əsmər Nərimanbəyova müsabiqə iştirakçılarını təbrik etmişlər.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !