Bakıda Qu gölü baletinin tamaşasında Rusiya Böyük Teatrının ulduzları çıxış edib -

Bakıda “Qu gölü” baletinin tamaşasında Rusiya Böyük Teatrının ulduzları çıxış edib

AzPRESS xəbər verir ki, dekabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib. Tamaşada əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının aparıcı solistləri – prima-balerina, Rusiyanın xalq artisti Mariya Allaş və Rusiyanın əməkdar artisti Aleksandr Volçkov ifa edib. Dünyanın bir çox ölkələrində böyük uğurla keçən qastrol səfərlərində iştirak edən M. Allaş və A. Volçkov 2010-cu ildə Böyük Britaniyada keçirilən klassik balet sənəti festivalında “Qu gölü” baletinin tamaşasında Odetta-Odilliya və şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün təsis edilmiş xüsusi mükafata layiq görülüblər. Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV (AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !